ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir
28 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Mühiddin Xəlilov, folklorçu və şair Həmdi Eyvazov , İcra nümayəndəsi Möfəl müəllim və ilk təşkilat rəhbəri Məhəddin müəllimin iştirak və təşkilatçılığı ilə Saatlı rayonunun Qazanbatan kəndində keçirildi.
İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxa Türkləri və digər qonaqlar iştirak etdi.
Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Rüstəm Xəlilov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verərək ilk təşkilat rəhbəri Məhəddin müəllimə vətənə dönüş mübarizəsində uğurlar arzuladı.
İclasda bölgələrdə yaşayan axısxalıların problemlərindən və birgə həyata keçiriləbiləcək fəaliyyətlər haqqında müzakirələr aparlib.
ATVİB İH olaraq, dəyərli ilk təşkilat rəhbəri Məhəddin müəllimə yeni görəvində uğurlar arzulayırıq.