ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir
27 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Mühiddin Xəlilov, İH üzvləri Həmzə Əliyev, Ali Bayraqdarov və Smadakənd kəndinin ilk təşkilat rəhbəri Kamal Abdurazakovun iştirak və təşkilatçılığı ilə Saatlı rayonunun Smadakənd kəndində keçirildi.
İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxalı Türklər və digər qonaqlar iştirak etdi.
Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Rüstəm Xəlilov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verərək Smadakənd kənd ilk təşkilatının rəhbəri Kamal Abdurazakova vətənə dönüş mübarizəsində uğurlar arzuladı.
ATVİB İH olaraq, dəyərli Kamal Abdurazakova yeni görəvində uğurlar arzulayırıq.