Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər

AXISXA TÜRKLƏRİ VƏ QƏRBİ AZƏRBAYCANLILARIN YURD-YUVALARINDAN SÜRGÜN EDİLMƏSİNİN İLDÖNÜMÜ ANILIB

Axısxa türklərinin Gürcüstanın Axısxa bölgəsindən sürgün olunmasının 78-ci, Qərbi Azərbaycanlıların isə tarixi yurd-yuvalarından didərgin düşmələrinin 74-cü ildönümü münasibətlə Saatlıda anım mərasimi keçirilib.

Mərasimdə Saatlı və Sabirabad rayon icra hakimiyyətlərinin məsul şəxsləri, millət vəkili Əziz Ələkbərli, Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Axısxa türkləri və Qərbi Azərbaycanlıların dədə-baba yurd-yuvalarından sürgün edilməsindən, ovaxtki ağır dönəmlərdən və xüsusilə türk xalqlarının başına açılan vandalizmdən geniş söhbət açılıb. Lakin bütün bunlara baxmayaraq dünyada mövcud olan türk düşmənləri aradan keçən 70 ili haqlamış tarixi bir dövr ərzində belə türk xalqlarının əzmini və iradəsini, xüsusən də, Vətən sevgisini qıra bilmədilər. Milliyyəti və coğrafiyasından asılı olmayaraq bütün azsaylı türk xalqları yeri gəldiyində bir-birlərinə qucaq açaraq bugünki inkişaf mərhələsinə qədəm qoydular.

1944-cü il Axısxa türklərinin həyatında dəhşətlə yadda qalan bir köç səhifəsi açıldı. Gürcüstanın Axısxa, Adıgün, Aspinza, Axalkələk və Bağdanovka rayonlarından didərgin düşən on minlərlə türk xalqları Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Azərbaycana pənah gətirib. İstər 1-ci, istərsə də 2-ci Qarabağ savaşımızda Axısxa türkləri də Azərbaycan türkləri ilə bərabər torpaqlarımızın müdafiəsinə qalxdı, şəhid verdi, qazi verdi və tarixi qələbəyə qanları ilə pay qatdılar.

Seçilmiş məqalə

Back to top button