Nizamnamə
Azərbaycanda yaşayan Axısxa türklərinin «Vətən» ictimai birliyinin
NİZAMNAMƏSİ
- I. ÜMUMİ MÜDDƏALAR
- 1.1. Azərbaycanda yaşayan Axısxa türklərinin «Vətən» ictimai birliyi (bundan sonra – Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri- hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə etməklə konkret məqsədlərə nail olmaq üçün yaradılır.
- 1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri- hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqındaw Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
- 1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı. Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
- 1.4. Azərbaycanda yaşayan Axısxa türklərinin «Vətən» ictimai birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 13.10.1993-cü il tarixdə, 462 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Mesxeti türklərinin «Vətən» cəmiyyətinin hüquqi davamçısıdır,
- 1.5. Birliyin yerləşdiyi ünvan. Bakı şəhəri, Xətai rayonu. Ə.Quliyev küçəsi, dalan 1. ev 3, mənzil 89. Birliyin hüquqi ünvanı üzvlərin Ümumi yığıncağının qərarı ilə dəyişdirilə bilər.
- II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
- 2.1. Birliyin əsas məqsədi Axısxa türklərinin hüquqlarının bərpası və tam bəraət qazanmasına nail olmaqdır (14.11.1944-cü il ildəki qeyri-qanuni sürgünü).
2.2 Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
• sürgünə məruz qalmış şəxslərin vətənlərinə qayıtmasına yardım etmək;
• tarixi hadisələr haqqında gənclərin maarifləndirilməsinə kömək etmək:
• repressiya qurbanlarının müdafiəsi sahəsində beynəlxalq təcrübəni öyrənmək.
2.3. Bu nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
• müxtəlif proqramlar hazırlayır və layihələr həyata keçirir, kurslar və seminarlar dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, digər mədəni- kütləvi tədbirlər keçirir;
• məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
• Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir
2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.
III. BİRLİYİN HÜQUQLARI
3.1. Birlik aşağıdakı hüquqlara malikdir:
• öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kımı çıxış etmək;
• fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
• banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
• müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
• qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddı təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgənınkiləşdirilə bilər.
4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
• təsisçilərin və ya birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
• idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
• səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
• öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
• qrantlar;
• sərgilərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
• təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
• qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.
4.4. Birliyin üzvlori onun mülkiyyotino daxil olan ayrı-ayrı obyektlər üzorindo xüsusi hüquqlara malik deyil.
4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
4.6. Birliyin hesabına daxıl olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddı yardım göstərə bilməz
4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.
V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,
ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
5.2. Təsisçilər birliyin fəaliyyəti ilə bağlı bərabər hüquqlara malikdirlər və bərabər vəzifələr daşıyırlar
5.3. Birliyin nizamnaməsini qəbul edən, üzvlük haqqı ödəyən Azərbaycan Respublikasının hər bir fiziki və hüquqi şəxsi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də birliyin üzvləri hesab olunurlar.
5.4. Birliyə üzvlərin qəbulu onun kənd, qəsəbə, rayon şöbələri (və ya bölmələri) və birliyin Mərkəzi icra orqanı tərəfindən aparılır.
Birliyin üzvlüyünə daxil olmaq istəyən şəxs kənd, qəsəbət rayon şöbəsinin (və ya bölməsinin) və ya Mərkəzi icra orqanının rəhbərinin adına ərizə yazmaqla müraciət edir.
Ərizəyə bir ay müddətində baxılır və ərizəçinin birliyin üzvlüyünə qəbul edilib- ədılməməsi barədə müvafiq qərar qəbul edilir. Üzvlüyə daxil olma və çıxarılma barədə cərarlar kənd, qəsəbə, rayon şöbələrinin (və ya bölmələrin) və Mərkəzi icra orqanlarının daşlarında sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda sədrin səsi həlledicidir.
5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
• bu nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
• birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
• birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
• birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
• öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün birliyə müraciət etmək;
• onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.7. Birliyin üzvü yalnız onun müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar;
• birliyin nizamnaməsinə əməl etmək;
• birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
• nizamnamə tələblərinə riayət etmək:
• birliyin tədbirlərində iştirak etmək;
• üzvlük haqqını vaxtında ödəmək.
5.9. Birliyə üzvlük haqqının miqdarı birliyin mərkəzi icra orqanı olan İdarə heyəti tərəfindən müəyyən edilir və hər ayın 20-nə kimi kənd, qəsəbə, rayon şöbələri (və ya bölmələri) tərəfindən toplanmış üzvlük haqqının 50% -i Birliyin mərkəzi bank hesabına Köçürülərək bank qəbzinin əsli işə tikilməli, surəti isə Birliyin mühasibatlığına təqdim edilməlidir.
Üzvlük haqqının qalan 50% – i isə şöbə (və ya bölmələrin) fəaliyyəti üçün istifadə edilə bilər.
5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir;
• könüllü olaraq birliyin üzvlüyündən çıxdıqda;
• birliyin üzvlüyündən çıxarıldıqda.
5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir;
• Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
• mütəmadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
• Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.12. Üzvlükdən, təsisçil kdən çıxarılma Birliyin kənd, qəsəbə, rayon şöbələrinin (və ya bölmələrin) və İdarə heyətinin qərarı ilə həyata keçirilir.
5.13. Birlik, üzvünün həmin qərardan birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququna təminat verilir.
VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU
VƏ İDARƏETMƏ ORQANLARI
6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.
6.2. Ümumi yığıncaq birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin
üçdə bır hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi yığıncağa nümayəndəlik norması idarə heyəti tərəfindən müəyyən olunur. ‘
6.3. Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl umat verilməlidir.
6.4. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir
• birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
• birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
• birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
• illik hesabatın təsdiq edilməsi;
• başqa təşkilatlarda iştirak;
• birliyin yenidən təşkili və ləğv edilməsi:
• birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.
6.5. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə variyyətli hesab olunur.
6.6 Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çox uğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin ec məsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu ta əb olunur.
6 7. Birliyin mərkəzi icra orqanı say tərkibi 25 (iyirmi beş) olan idarə heyətidir. İdarə heyətinin üzvləri Ümumi yığıncaqda seçilirlər. İdarə heyətinin səlahiyyət müddəti 3 (üç) iefir.
İdarə heyətinin tərkibinə sədr və onun müavinləri, bölgə rəhbərləri, katib, mühasib X9Z “ədar;. şura və komissiya üzvləri daxildir.
6 8 İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
- • birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
- • təkliflər və layihələr irəli sürür;
- • birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
- • birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
6.9 idarə heyətinin iclasları 3 aydan gec olmayaraq keçirilir və üzvlərinin yarısından _ ş: rak etdikdə səlahiyyətli sayılır, idarə heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edffir.
6.10. Sədr:
• birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi yığıncağın və idarə heyətinin qərarlarının icrasını təşkil edir;
• Ümumi yığıncaq tərəfindən və nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
Sədrn birinci müavini: Sədrdən sonra ikinci səlahiyyətli şəxs olaraq sədr olmadığı vaxtlarda cnu əvəz edir. Bütün fəaliyyətlərə nəzarət edir, sədrdən əvvəl bütün məlumatları i -iz r – Əmn altında iki sədr müavini və katib vardır.
Sədr müavini (maliyyə məsələləri üzrə): kənd, qəsəbə və rayon təşkilatlarından ea* c an üzvlük haqları və digə- maddi gəlir və xərcləmələrə cavabdendir.
Sədr müavini (idarəetmə üzrə): sosial, mədəni və elmi fəaliyyətlərə cavabdehdir.
Qəzet, jurnal və sair nəşrlərə nəzarət edir. Kənd, qəsəbə və rayon təşkilat ə-zədən bölgə rəhbərləri ilə birgə fəaliyyət göstərir.
Katib İdarə heyətinin qərarlarını hazırlayır, qeydlər aparır, sədrin görüşlərini, vaxtını və yerini müəyyən edir, görüşləri təyin etmək səlahiyyətləri daxilindədir.
Mühasib (xəzinədar); Birliyin maliyyə fəaliyyəti ilə bağlı məsələləri yerinə yetirir, illik maliyyə hesabatlarını hazırlayır və Ümumi yığıncağa və qanunvericiliklə müəyyən edilmiş qayoaca müvafiq dövlət orqanlarına təqdim edir. Mühasibat sənədlərinin doğruluğuna üzrə məsuliyyət daşıyır.
Bolgə rərbərləri: rəhbərlik etdikləri bölgədə kənd, qəsəbə və rayon təşkilatları ilə =-=cə fəaliyyət göstərir, üzvlərin problemlərinin həllinə çalışır fəaliyyətləri barədə Mərkəzi İca’Ə heyətinə məlumat verir.
\jfus komissiyası: Azərbaycanda yaşayan Axısxa türklərinin bölgələr üzrə və sayını müəyyənləşdirir, migrasiya və buna bənzər digər sənədləşdirmə və dəqiqləşdirmə işini təşkil edir.
Nizam-intizam komissiyası: ərizə və şikayətlərə baxır, növbədənkənar Ümumi yığıncağın keçirilməsi ilə bağlı müraciətləri araşdırır. Müraciətlərə bır aydan gec olmayaraq baxılır və səs çoxluğu ilə qərarlaşdırılır. Növbədənkənar Ümumi yığıncağın keçirilməsi ilə bağlı nizam-intizam komissiyasının qərarından məhkəməyə müraciət etmək səlahiyyəti İdarə heyətinə məxsusdur. Məhkəməyə müraciət edilməzsə İdarə heyəti 30 gün müddətində növbədənkənar qurultayın keçirilməsi təmin olunmalıdır.
Ağsaqqallar şurası: bölgələrdə, kənd, qəsəbə, rayon təşkilatlarında yaradılır və yaş və təcrübələrindən istifadə etməklə birliyin fəaliyyətində iştirak edirlər.
Qadınlar şurası: təşkilatın üzvü olan qadınların birliyin idarəedilməsinə cəlb edilməsi, qadınlara aid bayram tədbirlərinin keçirilməsi işini təşkil edir.
Gənclər şurası: gənclərin birliyin fəaliyyətində iştirakına cəlb edir, gənclərlə bağlı iş aparır, mili-mənəvi dəyərlərin qorunmasında gənclərə dəstək verir.
6.11. Birliyin nəzarət orqanı Nəzarət təftiş komissiyasıdır. Komissiyanın üzvləri Ümumi yığıncaq tərəfindən 3 (üç) il müddətinə seçilirlər. İcra orqanlarının üzvləri Nəzarət təftiş komissiyasının üzü ola bilməzlər.
Komissiya birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin nizamnaməyə uyğun olması, habelə birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
Komissiya birliyin orqanlarından və üzvlərdən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.
6.12. Birliyin kənd, qəsəbə, rayon şöbələri (və ya bölmələri) Birliyin mərkəzi icra orqanı olan idarə heyətinin qərarı ilə yaradılır və Ümumi yığıncaq tərəfindən təsdiq edilmiş «Birliyın kənd, qəsəbə, rayon şöbələri (və ya bölmələri) haqqında Əsasnamə» əsasında fəaliyyət göstərirlər.
Birliyin ali və icra orqanlarının qərarlarının icrası kənd, qəsəbə, rayon şöbələri (və ya bölmələri) üçün məcburi xarakter daşıyır və onlar tərəfindən icra olunmalıdır. Birlik üzvlərinin həmin qərardan məhkəməyə şikayət etmək hüququna təminat verilir.
VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
7.1. Birliyin fəaliyyətinə orun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir
7.2. Birliyin fəaliyyətinə ali orqanın qərarına əsasən xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
VIII. DİGƏR ŞƏRTLƏR
8.1 Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
Birliyin maliyyə ili 01 yanvardan 31 dekabradək olan dövrü əhatə edir.