Digər XəbərlərManşetTürk DünyasıXəbərlər

“27 sentyabr Anım Günü” ilə bağlı ziyarət təşkil edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib.

Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini, DATÜB İdarə Heyətinin üzvü jurnalist Mövlud Işık da bu ziyarətdə iştirak edərək, Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoydu.

Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Seçilmiş məqalə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button