Şəhid İlham Məmmədov məzarı başında yad edildi
ATVİB heyəti “44 Günlük” Vətən müharibəsi şəhidlərini anım günündə (27 sentyabr) Axısxa Türkü, Şəhid İlham Elxan oğlu Məmmədovu məzarı başında yad etdi.
Anım mərasimində Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Rüstəm Xəlilov, Bölgə üzrə səlahiyyətli nümayəndə və ATVİB İdarə Heyətinin üzvü Zabit Abitov, İdarə Heyətinin üzvü Muzeffer Celik, İdarə Heyətinin üzvü Süleyman Qəhrəmanov, ATVİB fəallarından Rüsəddin müəllim və Axısxalı şairimiz və Vətən Axısxa davasının fəallarından Həmdi Eyvazov və şəhidimizin silah yoldaşları ilə birgə ailəsi də iştirak etdi.
Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyəti olaraq şəhidlərimizə uca Allahdan rəhmət diləyir, əziz xatirələrini böyük ehtiram və hüznlə yad edirik.