ABŞ-ın Nyu-York şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gecə keçirilib.
Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin, Azərbaycan və Türkiyənin BMT yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun ev sahibliyi ilə Türk Evində baş tutub.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal, Dünya Ahıska Türkleri Birliği – DATÜB Amerika Təmsilçisi Shuhrat Temirov, TASC Türk Cümhuriyyətləri direktoru Muhammet Sami Görgülü, həmçinin Nyu-York şəhərində yerləşən diplomatik nümayəndəliklərin əməkdaşları, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri və iş adamları, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Ulu Öndər Heydər Əliyevin bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyət olduğunu deyib.
O əlavə edib ki, tarixin ən çətin dövrlərində müdrik zəkası və demokratik dövlət quruculuğu prinsiplərinə sadiq uzaqgörən siyasəti ilə Heydər Əliyev Azərbaycanı sağlam təməllər üzərində yenidən inşa edib: “O, bütün ömrü boyu Azərbaycanın azadlığı, istiqlalı, müstəqilliyi üçün əzmlə, fədakarlıqla mübarizə aparıb”.
X.İbrahim Heydər Əliyevin əziz xatirəsinin dünya var olduqca hər bir azərbaycanlının qəlbində yaşayacağını vurğulayıb.
Gecədə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi daxili və xarici siyasəti, uzaqgörən siyasət nəticəsində ölkəmizin rifahının təmin edilməsi, Azərbaycanın regionda və dünyada nüfuzunun artmasında göstərdiyi müstəsna xidmətlərindən danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən Y.Əliyev Heydər Əliyevin ABŞ və BMT ilə əlaqələrinin qurulması və inkişafındakı rolu, eləcə də bu gün regionun və Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələr barədə bəhs edib.
Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal isə Ulu Öndərin sadəcə Azərbaycanda deyil, türk dünyasında əvəzsiz imzasının olduğunu bildirib. O, Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığına verdiyi əvəzsiz tövhələrindən bəhs edib.
Mərasimdə Amerikanın Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və DATÜB Amerika Temsilciliği Təmsilcisi Shuhrat Temirov Haydar Aliyev ve Ahıska Türkleri mövzusunda çıxış edib.
“HAYDAR ALİYEV VE AHISKA TÜRKLERİ
Bağımsız Azerbaycan Devletinin kurucusu, dahi siyasetçi ve kudretli devlet adamı, Ulu Önder Haydar Aliyev’in 100’cü doğum günü ile ilgili Azerbaycan Cumhurbaşkanı İlham Aliyev’in 28 Kasım 2022 tarihinde imzaladığı kararla 2023 yılı Azerbaycan’da ‘HAYDAR ALİYEV YILI’ olarak ilan edildi.
Haydar Aliyev’in doğumunun 100. yıldönümü bütün Azerbaycan halkı ve Türk dünyası ile birlikte Ahıskalı Türkler için de büyük önem taşımaktadır.
Ahıskalı Türkler 65 yıldır Azerbaycan’da yaşamaktadır ve bu yılların neredeyse 30 yılı Ulu Önder Haydar Aliyev’in Azerbaycan’a başkanlık ettiği döneme denk gelmektedir. Geri kalan yılları ise Ümummilli Lider Haydar Aliyev’in oğlu ve onun siyasi devamcısı olan İlham Aliyev’in başkanlığında devam ediyor. Haydar Aliyev Azerbaycan halkı için ne kadar değerliyse biz Ahıskalı Türkler için de bir o kadar azizdir, değerlidir.
Haydar Aliyev daha Sovyetler Birliği döneminde, yani 1969 – 1982 yılları arasında halkımızın sosyal – ekonomik ve medeni hayat tarzını iyileştirmek için ülkenin bütün bölgelerine defalarca ziyaretler gerçekleştirmiştir. 1980 yılında yaptığı ziyareti sırasında Varhankend köyünde Ahıskalı Aksakallarımız ile görüşmesinde onların ricasını kabul ederek, yeni okul binasının yapılması için gerekli talimatı oradayken vermiş, iki yıl içerisinde 624 öğrenci kapasiteli yeni ve iki katlı okul binası yapılarak öğrencilerimizin ve öğretmenlerimizin kullanımına sunulmuştur.
Haydar Aliyev’in Ahıskalı Türk gençlerinin sınavsız şekilde üniversitelere kabul edilmeleri için özel bir kararı imzalayarak, ortaokulları çok iyi ve iyi notlarla bitiren Ahıskalı türk mezunları Azerbaycan’ın Yüksek Eğitim Kurumlarına sınavsız olarak kabul ettirmiştir. Şu anda Ahıskalı Türklerin yoğun şekilde ikamet ettiği köylerde çalışan öğretmenlerin, doktorların ve diğer meslek sahiplerinin büyük kısmı o dönemde Ulu Önder Haydar Aliyev’in okuttuğu insanlarımızıdır.
Değerli Katılımcılar,
Şu anda Haydar Aliyev ;siyasetinin , layıklı devamcısı, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev de Azerbaycan’da yaşayan Ahıskalı Türklere ve teşkilatımızın faaliyetine destek vermektedir. Hatta bu noktada Sayın Cumhurbaşkanı İlham Aliyev’in 30 Haziran 2004 yılında Ahıskalı Türkler hakkındaki bir beyanatını sizinle paylaşmak isterim.
Azerbaycan halkı ile Ahıska Türklerini birbirinden ayrı düşünmek çok zordur. Ortak etnik-tarihsel köklere ve coğrafi mekana ait, acılarımızın ve sevinçlerimizin aynılığı tarihsel olarak kopmaz bağlarla bizi birleştirmiştir.
Azerbaycan’ın Ümummilli Lideri Haydar Aliyev’i doğumunun 100. yıldönümünde rahmetle ve minnetle anıyoruz.
Allah rahmet eylesin!”
Tədbirdə “Heydər Əliyev” adına təqaüd Pensilvaniya Universitetinin tələbəsi Meyson Kellerə təqdim edilib.
Gecədə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə Ulu Öndərin ABŞ-a rəsmi və işgüzar səfərlərini əks etdirən foto-sərgi təşkil olunub.