Ahıska türkləri Şəhidlər Xiyabanını ziyarət ediblər – FOTOLAR
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar fərqli ölkələrdən 20 Yanvar şəhidlərini ziyarət üçün Bakıya gəlmiş Axıska türkləri təşkilatlarının rəhbər təmsilçiləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib.
Millət vəkili daha sonra mətbuata müsahibə verib.
Q.Paşayeva xalq ruhunun cəsarətindən və son 3 ildə Şəhidlər Xiyabanını bir başqa ovqatla ziyarət etməyimizdən söz açıb, 44 günlük müharibədəki Zəfərin bütün şəhidlərimizin ruhunu şad etdiyini vurğulayıb.
Daha sonra, Komitə sədri fərqli ölkələrdən 20 Yanvar şəhidlərini ziyarət üçün Bakıya gəlmiş Axıska türkləri təşkilatlarının rəhbər təmsilçiləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib.
Komitə sədri Axıska türkləri ilə birgə Bakı Türk Şəhidliyini, l Qarabağ müharibəsi şəhidlərini, o cümlədən Azərbaycanın Axıska kökənli Milli Qəhrəmanı İsgəndər Aznaurovun (Topçu İsgəndər; 16.08.1956, Buxara – 18.04.1993, Gədəbəy) da qəbrini ziyarət edib. Ziyarətlərdə Milli Qəhrəmanın həyat yoldaşı da iştirak edib.
Bütün şəhidlərimizin ruhu şad olsun!