Digər XəbərlərFəaliyyətimizXəbərlər

YTB-nin prezidenti Abdullah Eren Bakıda ATVİB İdarə Heyətinin üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə Məzunları və Qarabağ müharibəsində canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin ailələri ilə görüş üçün Bakıda səfərdə olan Xaricdə Yaşayan Türklər və Qohum İcmalar (YTB) sədri Abdullah Eren Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, İdarə Heyətinin üzvləri və Axısxa Türkü gənclər ilə görüşüb.

Görüşdə YTB prezidenti Abdullah Eren 19 dekabr 2021-ci il tarixində keçirilən ATVİB XI Qurultayında sədr seçilən Xalid Xəlilovu təbrik edərək, Azərbaycanda yaradılan birlik və həmrəyliyin çox vacib olduğunu və YTB olaraq hər cür dəstəyi verməyə hazır olduqlarını söylədi.

ATVİB sədri Xalid Xəlilov çıxışında Azərbaycanda yaşayan Axısxa Türkləri haqqında məlumat verib və ATVİB-in əsas məqsədinin vətənə qayıtmaq olduğunu və bu məqamda Dünya Ahıska Türkleri Birliği (DATÜB) ilə birgə fəaliyyət göstərərək, Vətən Axısxaya dönmə ilə əlaqədar işlərin görülməsi prosesini sürətləndirmək istədiklərini söylədi.

Azərbaycanda təhsil alan müvəffəqiyyətli Axısxa Türkü tələbələrə yerində təqaüdlər verilməsi, Türkiyə Təqaüd Proqramı çərçivəsində müraciət edəcək tələbə namizədlər, gələcəkdə Axısxa Türkü tələbələr üçün Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihə və digər mədəni fəaliyyətlər haqqında müzakirə edilib. Səmimi və faydalı görüşdə birlikdə xatirə fotoşəkili çəkdirildi.

Seçilmiş məqalə

Back to top button