Digər XəbərlərFəaliyyətimizXəbərlər
ATVİB heyəti Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib
Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov rəhbərliyindəki heyət faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək onun qarşısına qərənfil dəstələri qoyublar.
Xocalı soyqırımının 30-cu ildönümündə soyqırım qurbanlarını ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət etsin.