Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB sədri Xalid Xəlilov Minali Xəlilova təşəkkürnamə təqdim edib

ATVİB sədri Xalid Xəlilov tərəfindən birliyin fəaliyyətində uzun müddətli səmərəli fəaliyyətlərinə görə Minali Xəlilova təşəkkürnamə təqdim edilib.

24 mart 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) sədri Xalid Xəlilov, I müavin Yusif Səfərov, müavin Zabit Abitov və idarə heyətinin üzvlərindən Tofiq Rzayev, Fətəlixan Süleymanov və Müzəffər Çalikov Şəmkir rayonu Ceyrançöl qəsəbəsində Axısxa Türklərinin dəyərli böyüklərindən və Vətənə dönüş mübarizəsində Səmərqandda başlayan mübarizəsinə Azərbaycanda da ATVİB ilə birgə davam edən Minali Xəlilovu ziyarət ediblər.

Ziyarətdə dəyərli Böyüyümüzün səhhəti ilə maraqlanılıb və Minali Xəlilova ATVİB sədri Xalid Xəlilov Rəhbərlik adından Vətənə dönüş uğrunda mübarizəsinə görə plaket təqdim edib.

Seçilmiş məqalə

Back to top button