ATVİB sədr müavini Mövlud Işık: “Maksimum ədalətli yanaşma sərgilənib.”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi elan etdiyi qrant müsabiqələrinin nəticələrini açıqladı. Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi də layihəsi dəstəklənən QHT-lər sırasındadır. Layihəmiz haqqında daha sonra geniş məlumat verəcəyəm. Layihəsi maliyyələşdirlən QHT-lərin siyahısına baxdım. İllərdir ictimai sahədə fəaliyyət göstərən və ATVİB sədr müavini bir şəxs kimi qeyd etmək istəyirəm ki, maksimum ədalətli yanaşma sərgilənib. Azərbaycanın ictimai həyatında rolu olan bütün QHT-lər nəzərə alınıb. Sadəcə dövlət büdcəsindən ayrılan vəsaitin kifayət qədər olmaması müəyyən məhdudiyyətlər yaradır. Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində Gürcüstanda gənclərin iştirakı ilə olduqca əhəmiyyətli tədbirlər həyata keçirmək üçün bizim planlarımız daha geniş idi. Ancaq qalan işləri özümüzün, üzvü və Azərbaycan təmsilcisi olduğumuz Dünya Ahıska Türkleri Birliği‘nin dəstəyi və əməyi hesabına edəcəyik.
Qalib olan bütün QHT-ləri təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram.