Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB sədri Xalid Xəlilov tarix elmləri doktoru Nəsiman Yaqublunun “Polyakların Azərbaycanda fəaliyyəti” kitabının təqdimatında iştirak etdi

Fevralın 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində tarix elmləri doktoru Nəsiman Yaqublunun Azərbaycanda yaşamış polyakların həyatından bəhs edən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabın təqdimatı olub.

Azərbaycanda yaşamış polyakların XIX əsrin sonu XX əsrin əvvəllərində neft sənayesinin inkişafında xidmətləri, polyak memarların Bakı şəhərinin arxitektura sahəsində çalışmaları, habelə onların Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətləri və Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etmələri məsələlərinə nəzər salınıb.

Tədbirə Axısxa Türklərini təmsilən Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov və sədr müavini Mövlud Işık qatılıb.

Seçilmiş məqalə

Back to top button