ÜMUMİ YIĞINCAĞA DƏVƏT!
Dəyərli ATVİB qurultay nümayəndələri,
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin nizamnaməsinə əsasən qurultaydan 1 il sonra ATVİB-in Ümumi Yığıncağı keçirilməli və birliyin sədr il ərzində gördüyü işlərlə bağlı qurultay nümayəndələrinə hesabat verməlidir.
Bu qaydaya əsasən 21 yanvar 2023-cü il tarixində saat 12:00 -da Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin Ümumi Yığıncağı keçiriləcəkdir.
Ümumi Yığıncaqda sadəcə 19 dekabr 2021-ci il tarixində keçirilən ATVİB qurultayında nümayəndə olanlar iştirak edəcəklər.
Bundan əlavə, Ümumi Yığıncağa Azərbaycan Respublikasının Prezident Administrasiyasının nümayəndəsi, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri,
DATÜB İdarə Heyətinin toplantısı üçün Bakıda olan DATÜB başqanı Ziyatdin Kassanov və DATÜB İdarə Heyətinin üzvləri, QHT Agentliyi və digər qurumlardan olan qonaqlar iştirak edəcəklər.
Ünvan:
Cəfərov Qardaşları, 16, Bakı, Səbail, Gəncliyə Yardım Fondu konfrans salonu
Qeyd: Ümumi Yığıncağa sadəcə qurultay nümayəndələri şəxsiyət vəsiqəsi ilə yoxlanılaraq toplantı salonuna buraxılacaqlar.