Axısxalı Türk ŞəhidlərTürk DünyasıXəbərlər

İBRAHİMOV MİKAYIL MƏLİKŞAH oğlu

O RƏSSAM OLMAQ İSTƏYİRDİ…

İbrahimov Mikayıl Məlikşah oğlu 1975-ci ilin may ayının 7-də Azərbaycan Respublikasının Beyləqan rayonunun Şərq qəsəbəsində (indiki Türklər qəsəbəsi) anadan olmuşdur. 1981-1992-ci illərdə orta məktəbi bitirmişdir. 1992-1993-cü illərdə isə qəsəbədə işləmişdir. 15 iyul 1993-cü il tarixdə Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq erməni işğalçılarına qarşı döyüşlərə göndərilmişdir. 181 saylı hərbi hissədə qulluq etmiş, Füzuli, Zəngilan bölgəsində döyüş yolu keçmişdir. Mikayıl 18 aprel 1994-cü ildə Füzuli rayonun Aşağı Veysəlli və “Qızılqaya” uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşdən qayıtmamışdır. İbrahimov Mikayıl Məlikşah oğlunun ölüm təhlükəsi qarşısında xəbərsiz itkin düşməsindən 12 il və hərbi əməliyyatların qurtarmasından 9 il keçməsinə baxmayaraq, onun barəsində heç bir məlumat yoxdur. İbrahimov Mikayıl Məlikşah oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi Beyləqan rayon məhkəməsinin 29 aprel 1996-cı il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Keçən bu müddət ərzində onun barəsində heç bir məlumat olmadığından İbrahimov Məlikşah Şövkət oğlunun ərizəsi əsasında 1975-ci il tarixdə Beyləqan rayon Türklər kəndində anadan olmuş İbrahimov Mikayıl 22 yanvar 2005-ci il tarixdən ölmüş hesab edilmişdir.

Şəhid İbrahimov Mikayıl Məlikşah oğlunun valideynləri Beyləqan rayonun Türklər kəndində yaşayır. Mikayılın izi ilə Türklər kəndini ziyarət etdik. Həyətdən içəri girən kimi şəhid atası Məlikşah kişi ilə rastlaşdıq. O, 1938-ci ildə Gürcüstan Respublikasının, Ahıska vilayətinin, Kikinet kəndində anadan olub. Uğullugillər nəslindən olan Məlikşah kişi hələ 6 yaşında ikən digər Axısxalı Türklər kimi 1944-cü ildə Stalinin əmri ilə Orta Asiyaya ailəsi ilə birlikdə sürgün edilmişdir. Özbəkistan Respublikasının Nəmənqən rayonunda yerləşmişdir. Komendant rejimi ləğv edildikdən sonra 1960-cı ildə Azərbaycanın Salyan rayonuna, ordan da Saatlı rayonuna köç etmişdir. Saatlı rayonunun Məmmədabad kəndində 2 il yaşamışdır. 1973-cü ildə isə Beyləqan rayonunun Türklər kəndinə gəlmişdir. Məlikşah kişi ruhani olması ilə yanaşı olduqca diqqətli bir insandır. Cümə günü idi. Məlikşah kişi dəstnamazını alıb, namaza gedirdi. Ziyarətimizin səbəbini öyrəndikdən sonra bizimlə oğlu Mikayıl haqqında danışmağa başladı:

– Mikayıl mənim son beşiyim idi. Onun çox gözəl xasiyyəti vardı. Həm kənddə həm də evdə hörmətli idi. Oxumaq istəyirdi. Əsgərliyi bitirdikdən sonra rəssamlıq üzrə təhsil almaq istəyirdi.

Mikayılın sinif yoldaşı Ulfanov Əzəl onunla bağlı xatirələrini bizimlə paylaşdı: – Biz Mikayıl ilə eyni partada oturmuşuq. Rəssamlığa marağı var idi. O rəssam olmaq istəyirdi. Müəllim və şagird kollektivi arasında böyük hörməti var idi.

Şəhidin böyük qardaşı İbrahimov Məmməd Mikayılı belə xatırlayır:

– Yaxşı insan idi. Dostları ilə münasibəti olduqca yaxşı idi. Tale belə gətirdi ki, qardaşım vətən uğrunda şəhid oldu. Şəhid qardaşı olmaq gözəl bir hissdir.

Allah bütün şəhidlərə rəhmət etsin!

IBRAHIMOV MIKAYIL MELIKSHAH oghlu

HE WANTED TO BE AN ARTIST…

Ibrahimov Mikayil Melikshah`s was born on May 7, 1975 in Sharq settlement (now Türkler settlement) of Beylagan district of the Republic of Azerbaijan. He graduated from high school in 1981-1992. In 1992-1993, he worked in the settlement. On July 15, 1993, he was called to active military service by the Military Commissariat of Beylagan district and sent to fight against the Armenian invaders. He served in military unit No. 181 and fought in Fuzuli and Zangilan regions. On April 18, 1994, Mikayil took part in the battles for Ashagi Veysalli and “Gizilgaya” of Fuzuli district and did not return from the battle. Despite the fact that 12 years have passed since Ibrahimov Mikayil Malikshah’s son went missing in the face of the threat of death, and 9 years have passed since the end of military operations, there is no information about him. The decision of the Beylagan district court dated April 29, 1996 confirmed that Ibrahimov Mikayil Melikshah`s was missing without notice. Since there was no information about him during this period, Ibrahimov Mikayil, who was born in Turkler village of Beylagan district in 1975, was considered dead on January 22, 2005, based on the application of Ibrahimov Melikshah Shavket oglu.

Martyr Ibrahimov Mikayil Melikshah’s son parents live in Turkler village of Beylagan district. Following Mikayil’s footsteps, we visited the Turkler village. As soon as we entered the yard, we met the martyred father Malikshah man. He was born in 1938 in the village of Kikinet, Ahiska province, Republic of Georgia. Melikshah, a descendant of Ugullugil, was deported with his family to Central Asia in 1944, like other Akhiskhali Turks, when he was still 6 years old. It is located in the Namangan district of the Republic of Uzbekistan. After the abolition of the commandant regime, in 1960 he moved to the Salyan district of Azerbaijan, and from there to the Saatli district. Lived in Mammadabad village of Saatli district for 2 years. In 1973, he came to Türkler village of Beylagan region. Malikshah is a very attentive person in addition to being a spiritual man. It was on Friday. Malikshah bought a man’s handkerchief and went to pray. After learning the reason for our visit, he started talking to us about his son Mikayil:

– Mikayil was my last cradle. He had a very nice personality. He was respected both in the village and at home. He wanted to read. After finishing his military service, he wanted to study painting.

Mikayil’s classmate Ulfanov Azal shared his memories with us: – We sat at the same desk with Mikayil. He was interested in painting. He wanted to be an artist. He had great respect among teachers and students.

Ibrahimov Mammad, the elder brother of the martyr, remembers as follows:

– Mikayil-He was a good person. His relationship with his friends was quite good. As fate has it, my brother became a martyr for the country. It is a wonderful feeling to be a martyred brother.

May God have mercy on all the martyrs!

Ибрагимов Михаил Меликшах оглы

ОН ХОТЕЛ БЫТЬ ХУДОЖНИКОМ…

Ибрагимов Микаил Меликшах оглы родился 7 мая 1975 года в поселке Восточный Бейлаганского района Азербайджанской Республики. В 1981-1992 годах окончил среднюю школу. В 1992-1993 годах работал в поселке. 15 июля 1993 года Бейлаганским районным военным комиссариатом был призван на действительную военную службу и направлен на боевые действия против армянских оккупантов. Служил в воинской части № 181, прошел боевой путь в районе Физули, Зангилана. 18 апреля 1994 года Микаил принял участие в боях за нижние Вейсалы и “Гызылгуйу” Физулинского района и не вернулся с боя. Несмотря на то, что прошло 12 лет с тех пор, как Ибрагимов Михаил Меликшах оглы пропал без вести перед лицом смертельной опасности, и 9 лет с момента окончания боевых действий, о нем нет никаких сведений. Признание Ибрагимова Микаила Меликшах оглы пропавшим без вести было подтверждено постановлением Бейлаганского районного суда от 29 апреля 1996 года. Ибрагимов Микаил, родившийся в 1975 году в селе Тюрклар Бейлаганского района, с 22 января 2005 года считался умершим, так как за прошедший период о нем не было известно.

Родители шехида Ибрагимова Микаила Меликшах оглы живут в селе Тюрклар Бейлаганского района. По стопам Михаила мы посетили деревню Тюркляр. Как только мы вошли во двор, мы встретили его отца-мученика, Меликшаха. Он родился в 1938 году в селе Кикинет, Ахалкалакская область, Грузия. Меликшах, потомок уруллугилов, был сослан вместе с семьей в Среднюю Азию по приказу Сталина в 1944 году, как и другие турки-ахыска, когда ему было еще 6 лет.  После отмены комендантского режима в 1960 году переехал в Сальянский район Азербайджана, а оттуда в Саатлинский район. В селе Мамедабад Саатлинского района он прожил 2 года. В 1973 году приехал в село тюрклар Бейлаганского района. Помимо того, что он духовный мужчина, Меликшах довольно осторожный человек. Это была пятница. Меликшах купил мужской комплект и отправился на молитву. Узнав причину нашего визита, он начал говорить с нами о своем сыне Михаиле:

– Микайыл был моей последней колыбелью. У него был очень хороший темперамент. Он пользовался уважением как в деревне, так и дома. Он хотел учиться. После окончания армии он хотел учиться живописи.

Одноклассник Михаила Ульфанов Азаль поделился с нами своими воспоминаниями о нем: – мы сидели за одной партой с Михаилом. У него был интерес к живописи. Он хотел быть художником. Он пользовался большим уважением среди учителей и учеников.

Так вспоминает старший брат шехида Ибрагимов Мамед Микаил оглу:

– Он был хорошим человеком. Его отношения с друзьями были довольно хорошими. Судьба принесла так, что брат стал шехидом. Быть братом шехида-прекрасное чувство.

Да благославит Аллах всех шехидов!

Seçilmiş məqalə

Back to top button