Digər XəbərlərFəaliyyətimizXəbərlər

Axısxalı şəhidimiz Zeynalı Dursunov 23-cü doğum günündə məzarı başında anıldı

Bu gün Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin nümayəndələri Saatlı rayonunun Günəşli kəndində böyüyüb boya-başa çatmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı şəhid olmuş Zeynali Əlləz oğlu Dursunovun məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüblər.

ATVİB nümayəndələri, ATVİB sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilovun adından şəhidimizin ailəsinə başsağlığı verərək qəhrəmanımızın məzarı üstündə “Quranı Kərim” oxuyub, ruhuna dualar ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Seçilmiş məqalə

Back to top button