Axısxalı Türk ŞəhidlərTürk DünyasıXəbərlər

RƏSULOV BAYRAM İSLAM oğlu

“MƏNİM BALAMIN NƏ BİR QƏBRİ VAR NƏ DƏ BİR NİŞANƏSİ” – ŞƏHİD ATASI

Rəsulov Bayram İslam oğlu 1974-cü il yanvar ayının 4-də Azərbaycan Respublikasının Saatlı rayonu Smadakənd kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə Smadakənd kənd orta məktəbində orta təhsil almışdır. Fərdi şəkildə rəssamlıq peşəsi ilə də məşğul olmuşdur. Kənd sakinləri arasında dərin hörmətə malik idi.

Rəsulov Bayram İslam oğlu 1992-ci ilin iyun ayında Saatlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Xidmətini Ağdərə rayonu ərazisində olan “N” saylı hərbi hissədə başlamışdı. 1993-cü ilin 19 noyabr tarixində Ağdərə rayonunun Sırxənd kəndində gedən döyüşlərdə erməni qəsbkarlarına qarşı mərdliklə vuruşmuşdur. Qəddar erməni quldurlarına aman vermirdi. Noyabr ayının 20-də döyüşün qızğın çağında erməni quldurları tərəfindən hərbçi yoldaşları ilə mühasirəyə düşmüş və əlindəki qumbaranı düşmənlər yaxınlaşdıqdan sonra partladaraq özünü və düşmənin çoxlu əsgər heyətini məhv etmişdir. Şəhidin cəsədi düşmən tərəfində qalmışdır. Şəhidimizin cəsədi tapılmadığı üçün Rəsulov Bayram itkin düşmüz hesab edilir. Subay idi.

Atası İslam kişi və anası Gülçiçək xanım Bayram haqqında xatirələrini bizimlə paylaştı:

– Bayram qeyrətli, namuslu, vətənpərvər bir oğlan idi. Xalqımı igid əsgəri kimi o da hərbi xidmətə getmiş və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Bayramın sinif yoldaşları da onu xatırlayaraq əlavə etdilər:

– Bayram sinifimizin ictimai işlərində ən fəal şagirdlərindən biri idi. Ondakı rəsm çəkmə qabiliyyəti bir fitri istedad idi. Müəllimlərin verdiyi bütün tapşırıqları tez və dürüst yerinə yetirirdi.

Şəhidimizin atası İslam kişinin kədər dolu bu sözləri son dərəcə həyəcanlı və ürəkağrıdıcıdır:

– Mən demirək ki, mənim oğlum Bayram başqa şəhidlərdən artıq və ya əksikdir. Yox, qətiyyən! Amma digər şəhidlərin valideynləri heç olmasa onların qəbri ilə təskinlik tapır. Mənim balamın isə nə qəbri var, nə də ki, bir nişanəsi ki, mənə təsəlli olsun. Nə edim? Özüm də bilmirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Rasulov Bayram Islam oglu

“MY SON HAS NO GRAVE OR MARK” – FATHER OF THE MARTYR

Rasulov Bayram Islam oghlu was born on January 4, 1974 in the village of Smadakend, Saatli district of the Republic of Azerbaijan. In 1981-1991, he received secondary education at Smadakend village secondary school. He was also engaged in the profession of painting in an individual way. He had deep respect among the villagers.

In June 1992, Rasulov Bayram Islam oghlu was called up for active military service by the Saatli District Military Commissariat. He started his service in the military unit “N” in the territory of Aghdara region. On November 19, 1993, he bravely fought against the Armenian usurpers in the battles in Syrkhand village of Aghdara region. He did not spare the cruel Armenian bandits. On November 20, during the heat of the battle, he was surrounded by Armenian bandits with his fellow soldiers, and after the enemy approached, he detonated the grenade in his hand and destroyed himself and many of the enemy’s soldiers. The body of the martyr remained on the side of the enemy. Since the body of our martyr was not found, Rasulov Bayram is considered missing. He was single.

His father, Islam, and his mother, Gulchichek, shared their memories of Bayram with us:

– Bayram was a zealous, honest, patriotic boy. Like a brave soldier of my people, he went to military service and was lost in the battles for the territorial integrity of our homeland.

Bayram’s classmates also remembered him and added:

– Bayram was one of the most active students in social affairs of our class. His ability to draw was an innate talent. He performed all the tasks given by the teachers quickly and honestly.

These sad words of the father of our martyr, Islam, are extremely exciting and heartbreaking:

– I am not saying that my son Bayram is more or less than other martyrs. No, absolutely! But the parents of other martyrs are at least comforted by their graves. My child has neither a grave nor a sign to comfort me. What should I do? I don’t know myself.

May God have mercy on all our martyrs!

Расулов Байрам Ислам оглы

“У МОЕГО РЕБЕНКА НЕТ НИ МОГИЛЫ, НИ ЗНАКА” – ОТЕЦ ШЕХИДА

Расулов Байрам Исламович родился 4 января 1974 года в селе Смадакенд Саатлинского района Азербайджанской Республики. В 1981-1991 годах получил среднее образование в Смадакендской сельской средней школе. Он также индивидуально занимался живописью. Он пользовался глубоким уважением среди жителей села.

Расулов байрам Ислам оглы был призван на действительную военную службу Саатлинским районным военным комиссариатом в июне 1992 года. Службу начал в воинской части № “Н”, расположенной на территории Агдеринского района. 19 ноября 1993 года в боях в селе Сирхенд Агдеринского района он мужественно сражался с армянскими захватчиками. Он не щадил жестоких армянских разбойников. 20 ноября, в самый разгар боя, он был окружен армянскими бандитами со своими боевыми товарищами и взорвал гранату в своей руке после того, как враги приблизились, уничтожив себя и множество вражеских солдат. Тело шехида осталось на стороне врага. Поскольку тело нашего шехида не найдено, Расулов байрам считается пропавшим без вести. Он был холост.

Его отец Ислам, и его мать, Гюльчичек ханум, поделились с нами своими воспоминаниями о празднике:

– Пир был храбрым, честным, патриотичным мальчиком. Как храбрый солдат моего народа, он пошел на военную службу и погиб в боях за территориальную целостность нашей Родины.

Одноклассники Байрама также добавили в память о нем:

– Байрам был одним из самых активных учеников нашего класса в общественной работе. Умение рисовать в нем было врожденным талантом. Все задания, которые давали учителя, он выполнял быстро и честно.

Эти скорбные слова отца нашего шехида, Ислама, чрезвычайно волнуют и душераздирают:

– Я не говорю, что мой сын Байрам лучше или хуже других шехидов. Нет, абсолютно! Но родители других шехидов находят утешение, по крайней мере, в их могиле. А у моего сына нет ни могилы, ни знака, чтобы утешить меня. Что мне делать? Сам не знаю.

Да благословит Аллах всех наших шехидов!

Seçilmiş məqalə

Back to top button