Axısxalı Türk ŞəhidlərDigər XəbərlərTürk DünyasıXəbərlər

SVANİDZE MƏHƏMMƏD FƏZLİ oğlu

Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı çıxan Azərbaycanın mərd oğullarından biri də Məhəmməf Fəzli oğlu Svanidzedir. Soyadından da göründüyü kimi Məhəmməd Axısxa Türklərindəndir. Onun valideynləri də 1944-cü il 14 noyabr günü tarixi vətənləri olan Gürcüstanın Axısxa, Adıgün, Aspinza, Axılkelek, Boqdanovka rayonlarına bağlı 220 kənddən Stalinin əmri ilə Orta Asiya çöllərinə sürgün edilmişdir. Sürgünün sonra çatması ilə Svanidze ailəsi Özbəkistan Respublikasına yerləşdirildi.

Sovet Hakimiyyətinin rəhbəri Stalinin Axısxalı Türklərəqarşı düşmənçilik siyasətinin davamı olaraq tətbiq etdiyi komendant rejimi nəticəsində onlara bir yerdən baş yerə, hətda qohumlarını ziyarətə belə icazə verilmədi. Bütün bu təzyiqlərə sinə gərən Axısxalılar 1956- cı ildə rahat üzü görə bildilər. Belə ki, Stalinin ölümü ilə Axısxalı Türklərə olan təzyiqlər azalmağa başladı. Komendant rejimi ləğv edilərək onlara Sovet Hakimiyyəti respublikaları daxilində Gürcüstan xaric olmaqla səyahət və köç etmələrinə icazə verildi. Bu dövr ərzində Axısxalı Türklər Azərbaycana və Sovet Sosialist Respublikalar İttifaqının bir çox ölkələrinə köç etdilər.

Amma Sovet hakimiyyətinin, adında Türk sözü olan və vətənlərindən sürgün edilmələrinin tək səbəbi olan Türklüklərinə qarşı düşmənçilik siyasəti dayanmaq bilmədi. 1989-cu ildə Özbəkistanın Fərqana vilayətində Axısxalı Türklər ilə özbəklər arasında münaqişə baş verdi. Bu münaqişə nəticəsində Axısalılar Özbəkistandan köç etmək məcburiyyətində qaldılar.

Azərbaycan dövləti və xalqına qarşı erməni təcavüzlərinin davam etdiyi bir dövrdə Axısxalılar Azərbaycana köç etdilər. Azərbaycan dövləti Axısxalı Türkləri öz xalqı kimi qarşıladı və onlara lazımi dəstəyi göstərdi.

Fərqanə hadisələrindən sonra 1989-cu ildə Özbəkistandan Azərbaycana köç edən Axısxalı ailələrdən biri də Svanidze Məhəmməd Fəzli oğlunun ailəsi olmuşdur. Məhəmməd Fəzli oğlu 18 aprel 1974-cü ildə anadan oldu. Sürgün dövrünə təsadüf etdiyi üçün orta təhsilini bitirə bilməyən Məhəmməd orta təhsilini məskunlaşdıqları Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində aldı. 1991-ci ildə orta məktəbi bitirdi. 1992-ci ildə isə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrıldı və Ağdam rayonu Peşəbəyli kəndi ərazisində yerləşən hərbi bissədə xidmət etməyə başladı.

1992-ci il ermənilərin Azərbaycana qarşı təcavüzkar əməllərininin davam etdiyi və Azərbaycanlılara qarşı soyqırım həyata keçirdikləri bir il idi. Qarabağ müharibəsi davam edirdi. Belə bir çətin müddətdə vətənin müdafiəsinə qalxan millətimizin igid mərd övladları canı bahasına Azərabaycanın ərazi bütövlüyünün müdafiə edilməsi məqsədilə mübarizəyə qoşulmuşdu. Bu mübarizədə Azərbaycanlı Türklər ilə birlikdə Axısxalılar da çiyin çiyinə savaşırdı. Məhəmməd Fəzli oğlu 1993-cü il yanvar ayının 22-də Ağdam rayonunun Fərrux yüksəkliyində itkin düşmüşdür.

Məhəmmədin valideynləri Fəzli kişi və anası Kəbirə xanımın 4 övladı var idi. Qardaşları İlimdar, Təmindar və bir bacısı Məlikə hal-hazırda Azərbaycandan kənarda məskunlaşıb.

Svanidze Məhəmməd Fəzli oğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. 

SVANIDZE MAHAMMAD FAZLI OGLU

Mahammad Fazli oghlu Svanidze is one of the brave sons of Azerbaijan who opposed the Armenian aggressors for the territorial integrity of Azerbaijan. As can be seen from his surname, Muhammad is from the Ahiska Turks. On November 14, 1944, his parents were exiled to the deserts of Central Asia from 220 villages in Ahiska, Adigun, Aspinza, Akhilkelek, Bogdanovka regions of Georgia, which were their historical homelands, by order of Stalin. When the exile arrived later, the Svanidze family was placed in the Republic of Uzbekistan.

As a result of the commandant regime imposed by Stalin, the leader of the Soviet Power, as a continuation of the policy of hostility against Ahiska Turks, they were not allowed to travel from place to place, even to visit their relatives. The people of Ahiska who faced all these pressures were able to see a happy face in 1956. Thus, with the death of Stalin, the pressure on Ahiska Turks began to decrease. The curfew was abolished and they were allowed to travel and emigrate within the republics of the Soviet Power, excluding Georgia. During this period, Ahiska Turks migrated to Azerbaijan and many countries of the Union of Soviet Socialist Republics.

But the hostile policy of the Soviet authorities against the Turks, whose name has the word Turk and which was the sole reason for their exile from their homeland, could not be stopped. In 1989, a conflict broke out between Ahiska Turks and Uzbeks in the Fergana province of Uzbekistan. As a result of this conflict, Ahiska Turks were forced to migrate from Uzbekistan.

At a time when Armenian aggression against the state and people of Azerbaijan continued, the Ahiska Turks migrated to Azerbaijan. The state of Azerbaijan welcomed Ahiska Turks as its people and provided them with the necessary support.

After the events of Ferghana, one of the Ahiska Turk families who immigrated from Uzbekistan to Azerbaijan in 1989 was the family of Svanidze Muhammad Fazli oglu. Muhammad Fazli was born on April 18, 1974. Muhammad, who could not finish his secondary education because it coincided with the period of exile, received his secondary education in Yeni Hayat settlement, Khachmaz district, where he settled. He graduated from high school in 1991. In 1992, Khachmaz District Military Commissariat called him for full-term active military service and began serving in a military base located in the Peshabayli village of Aghdam district.

1992 was a year when Armenians continued their aggressive actions against Azerbaijan and committed genocide against Azerbaijanis. The Karabakh war continued. In such a difficult time, the brave sons of our nation who stood up for the defense of the motherland joined the struggle to protect the territorial integrity of Azerbaijan at the cost of their lives. Akhiskha people fought shoulder to shoulder with Azerbaijani Turks in this struggle. Mahammad Fazli oglu went missing on January 22, 1993 in the Farrukh Heights of Aghdam district.

Muhammad’s parents, Fazli Man and his mother Kabira Khanum, had 4 children. His brothers Ilimdar, Tamindar and one sister Malika currently live outside Azerbaijan.

Svanidze Mahammad Fazli oglu has been registered as a missing person as a result of the Armenia-Azerbaijan, Nagorno-Karabakh conflict at the State Commission for Prisoners and Missing and Hostaged Citizens of the Republic of Azerbaijan.

Сванидзе Мухаммед Фазли оглы

Одним из храбрых сыновей Азербайджана, выступивших против армянских агрессоров за территориальную целостность Азербайджана, является Мухаммад Фазли оглы Сванидзе. Как следует из его фамилии, Мухаммед является турком-ахыска. Его родители также были депортированы 14 ноября 1944 года в степи Средней Азии по приказу Сталина из 220 сел, связанных с их исторической родиной-Ахалкалакским, Адыгенским, Аспиндзским, Ахалцычским и Богдановским районами Грузии. С последующим отбытием ссылки семья Сванидзе поселилась в Республике Узбекистан.

В результате комендантского режима, введенного главой советской власти Сталиным как продолжение враждебной политики по отношению к туркам-ахыска, им не разрешалось переезжать с места на место или даже навещать родственников. Напрягая грудь под всем этим давлением, в 1956 году Ахыскинцы смогли избавиться от этой ноши. Так, со Смертью Сталина давление на турок-ахыска стало ослабевать. Комендантский режим был отменен, и им было разрешено путешествовать и мигрировать в пределах республик советской власти, за исключением Грузии. В этот период турки-ахыска мигрировали в Азербайджан и во многие страны Союза Советских Социалистических Республик.

Но враждебная политика советских властей по отношению к туркам, в названии которых было Слово турок, и которые были единственной причиной их изгнания с родины, не могла не сказаться. В 1989 году в Ферганской области Узбекистана произошел конфликт между турками-ахыска и узбеками. В результате этого конфликта ахыскинцы были вынуждены эмигрировать из Узбекистана.

В период продолжающейся армянской агрессии против азербайджанского государства и народа в Азербайджан переселились ахыскинцы. Азербайджанское государство приветствовало ахыскинских турок как свой народ и оказало им необходимую поддержку.

После Ферганских событий в 1989 году одной из ахыскинских семей, эмигрировавших из Узбекистана в Азербайджан, стала семья Сванидзе Мухаммед Фазли оглы. Мухаммед Фазли оглы родился 18 апреля 1974 года. Не сумев закончить среднее образование, так как оно совпало с периодом ссылки, Мухаммед получил среднее образование в поселке Йени Хайат, Хачмазского района, где они поселились. В 1991 году окончил среднюю школу. А в 1992 году он был призван на срочную действительную военную службу Хачмазским районным военным комиссариатом и начал службу в военном комиссариате, расположенном в селе Пешебейли Агдамского района.

1992 год был годом продолжения агрессивных действий армян против Азербайджана и проведения геноцида против азербайджанцев. Карабахская война продолжалась. Храбрые сыны нашей нации, поднявшиеся на защиту Родины в столь трудное время, ценой своей жизни включились в борьбу за территориальную целостность Азербайджана. В этой борьбе вместе с азербайджанскими тюрками плечом к плечу сражались и турки-ахыска. Мухаммед Фазли оглы пропал без вести 22 января 1993 года на высоте Фаррух Агдамского района.

У родителей Мухаммеда, Фазли и его матери, Кабиры-ханум, было 4 ребенка. Его братья Илимдар, Таминдар и сестра Мелика в настоящее время проживают за пределами Азербайджана.

Сванидзе Мухаммед Фазли оглы как лицо, пропавшее без вести в результате армяно-азербайджанского, нагорно-карабахского конфликта, зарегистрировано в Государственной комиссии Азербайджанской Республики по делам пленных и пропавших без вести, взятых в заложники граждан.

Seçilmiş məqalə

Back to top button