Ümumilli Lider Heydər Əliyevin vəfatından 19 il ötür
“12 dekabr tarixi Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, Ümumilli Lider Heydər Əliyevin əbədiyyətə intiqal etdiyi gündür. Şərəfli ömrünü Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrdə inkişafına, millətimizin parlaq gələcəyinə həsr edən, hakimiyyəti dövründə Azərbaycanda yaşayan Axısxa Türkü gənclərin təhsilinə xüsusi diqqət və qayğı göstərmiş müdrik rəhbər, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevi vəfatının 19-cu ilində dərin hüzn və hörmətlə yad edirik. Ruhu şad olsun”
Hörmətlə,
Xalid Xəlilov
Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri
Dünya Ahıska Türkleri Birliği – DATÜB Azərbaycan təmsilçisi