ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir
29 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Mühiddin Xəlilov, İH-nin üzvü Ali Bayraqdarov və ilk təşkilat rəhbəri Rüstəm müəllimin iştirak və təşkilatçılığı ilə Sabirabad rayonunun Azadkənd kəndində keçirildi.
İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxa Türkləri və digər qonaqlar iştirak etdi.
Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Rüstəm Xəlilov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verərək ilk təşkilat rəhbəri Rüstəm müəllimə vətənə dönüş mübarizəsində uğurlar arzuladı.
ATVİB İH olaraq, dəyərli ilk təşkilat rəhbəri Rüstəm müəllimə yeni görəvində uğurlar arzulayırıq.