ATVİB sədri Xalid Xəlilovun “Novruz Bayramı” münasibəti ilə təbriki
Hörmətli Axısxa Türkləri,
Bu gün ölkəmizin hər yerində əsrlərin sınağından məharətlə çıxmış milli bayramımız Novruzun gəlişi qeyd olunur. Novruz xalqımızın yaddaşına gözəllik və yenilik bayramı kimi daxil olur. Fəsillərin dəyişməsi, yazın gəlişi, torpağın oyanışı Novruza olan inamı daha da artırır. Məhz buna görədir ki, Novruz YUNESKO-nun mədəni irslər siyahısına daxil edilərək, dövlətimiz və dünya xalqları tərəfindən qorunur. Bu milli bayram hazırda dünyanın əksər dövlətləri tərəfindən qeyd olunur.
Əziz Axısxalılar,
Sizi və sizin timsalınızda bütün xalqımızı bu əlamətdar el şənliyi, Novruzun gəlişi münasibətilə təbrik edir, sizlərə ən xoş arzularımı bildirirəm. Qoy bu bayram hər bir evə, hər bir ailəyə gözəl ovqat bəxş etsin, arzularınız, istəkləriniz həyata keçsin. Evlərinizə sevinc, səadət gəlsin.
Bayramınız mübarək olsun!
Xalid Xəlilov
ATVİB sədri
DATÜB Azərbaycan təmsilçisi