Birlik ofisində Bakı-Abşeron-Sumqayıt-Xızı bölgə nümayəndəliyinin iclası keçirildi
22 yanvar 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin ofisində Bakı-Abşeron-Sumqayıt-Xızı bölgə nümayəndəliyinin iclası keçirildi.
İclasda “Vətən” İctimai Birliyinin idarə heyətinin üzvləri Yusif Səfərov, Ali Ağaliyev, Mövlud Işık, Yusif Asimov, Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan Axısxalı Türklər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan “Vətən” İctimai Birliyinin idarə heyətinin üzvü və Bakı-Abşeron-Sumqayıt-Xızı bölgə rəhbəri Yusif Asimov, 19 dekabr 2021-ci il tarixində ATVİB-in XI Ümumi Yığıncağının keçirildiyini, Xalid Xəlilovun sədr seçildiyini qeyd edərək, 25 dekabr 2021-ci il tarixində keçirilən ilk idarə heyətinin toplantısında isə özünün bölgə rəhbəri seçildiyini bildirdi.
Keçirilən iclasda Xızı və Sumqayıt bölgəsinin birləşdirilməsi təklif edilərək qəbul edildi. Daha sonra isə səs vermə ilə Sumqayıt-Xızı ilk təşkilatının sədri Məhəmməd Arifov, Abşeron rayonu üzrə Əziz Əhmədov, Bakı Komitəsinin sədri isə Yusif Asimov seçildi.
İclasda çıxış edənlər yeni seçilən ilk təşkilat sədrlərinə və Bakı-Abşeron-Sumqayıt-Xızı bölgə nümayəndəliyinin işində uğurlar arzuladılar.