Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər
İsmayıl Əhmədov DATÜB&ATVİB Birlik ofisini ziyarət etdi
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədr müavini İsmayıl Əhmədov bu gün – 13 oktyabr 2022-ci il tarixində Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi və DATÜB-ün Azərbaycan Nümayəndəliyini ziyarət edib.
Qafqaz.media xəbər verir ki, İsmayıl Əhmədov DATÜB&ATVİB Birlik Ofisində Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri, DATÜB-ün Azərbaycan üzrə təmsilçisi Xalid Xəlilov və qurumun İdarə Heyətinin üzvləri, eləcə də gənclərlə biraraya gəlib.
Görüş zamanı Birliyin fəaliyyəti barədə məlumat alan İ.Əhmədov, gələcəkdə görüləcək işlər və Axısxa Türklərini narahat edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Olduqca səmimi şəraitdə keçən görüşdən sonra birlikdə xatirə şəkli çəkdirilib.