LOMİDZE RƏŞİD MƏHƏMMƏD oğlu
Birinci Qarabağ müharibəsində itkin düşən Lomidze Rəşidin 60 yaşlı atası Məhəmməd Kibar oğlu hal hazırda Quba rayonu, Vladimirovka kəndində yaşayır. O, əslən Gürcüstan Respublikası, Adıgün rayonunun Tsire kəndindəndir. Məhəmməd kişinin ailəsi 1958-ci ildə Azərbaycana köç edən Axısxalı Türk ailələrdən biridir. Azərbaycana gələrək Quba rayonunda məskunlaşdılar. Rəşid Məhəmməd kişinin üç oğul övladından ikincisi idi. Lomidze Rəşid 13 mart 1973-cü ildə Quba rayonu, Vladimirovka kəndində anadan olmuşdur. Orta məktəbi də doğulub boya başa çatdığı kənd məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra 1991-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə gedərək, Ukraynanın Kırım şəhərinin Feodelsiya rayonunda xidmət etdi. Sovet hakimiyyəti dağıldıqdan sonra ordu buraxıldıqdan sonra O, Azərbaycana qayıtdı. Erməni təcavüzkarlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları güclənmiş və onlar vətənimizi işğal etməyə başlamışdılar. Azərbaycanın digər igid, mərd övladları kimi Lomidze Rəşid Məhəmməd oğlu da 5 oktyabr 1993-cü ildə müstəqil Azərbaycanın Milli Ordusu sıralarına erməni təvavüzkarlarına qarşı vuruşmaq məqsədilə qoşulmuşdur. İlk xidmət etdiyi yer Ağdam rayonu ərazisində yerləşən 190 saylı hərbi hissə oldu. Rəşid Lomidze 8 dekabr 1993-cü ildə isə Ağdam rayonu, Salahlı kəndi istiqamətində itkin düşdü.
Lomidze Rəşidin atası Məhəmməd kişi ilə məskunlaşdığı Quba rayonu, Vladimirovka kəndində görüşdük və itkin düşən oğlu Rəşid haqqında danışdıq.
Məhəmməd kişi oğlu Rəşidin də içlərində olduğu 14 nəfərlik tağımın hamısının birlikdə düşmən tərəfindən mühasirəyə alındığını və bundan sonra isə onlardan məlumat ala bilmədiklərini deyir:
– Mən onun arxasından çox gəzdim. Rəşiddən bir xəbər ala bilmək üçün onun xidmət etdiyi yerə tez-tez gedirdim. Ermənilər onu qaytarmaq üçün 7 min dollar pul istədilər. Mən o pulu tapa bilmədim. Oğlum ilə birlikdə xidmət edənlərdən birini ermənilər yaralı halda Şuşaya aparmışdılar. O xilas oldu, əsirlikdən qayıtdı. Hal-hazırda Sumqayıtda yaşayır. Mən dəfələrlə Qızıl Aypara Cəmiyyətinə müraciət etdim. Dedilər ki, ermənilər deyir ki, o, yoxdur. Bəzən də deyirlər ki, ermənilər qaytarmır. Onun itkin xəbərini onunla birlikdə döyüşən hərbçi yoldaşı xəbər verdi. Getdim onun xidmət etdiyi yerə. O gündən bu günə kimi oğlum Rəşiddən bir xəbər yoxdur.
Qarabağ müharibəsində itkin düşən Lomidze Rəşid Məhəmməd oğlunun ulu babası da Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb. Belə ki, O, Azərbaycanı düşməndən azad etmək üçün 1918-ci ildə gələn Qafqaz İslam Ordusunun tərkibində olub. Bu barədə Məhəmməd kişi deyir:
– Mənim dədəm 1883-cü il Adıgün rayonunda doğulan Xəlil Rüstəm oğlu 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Qubaya gəlmişdir. Bizim ailəmizin Özbəkistandan, Azərbaycanaın Quba rayonuna gəlməmizə səbəb də odur. O, dedi ki mən oraları tanıyıram və biz buraya gəlib məskunlaşdıq. Biz Qubaya gəldikdən sonra bizi apardı və müharibə zamanı topları harda qurduqlarını göstərdi. İsmayıllıdan piyada Qubaya gəliblər. Onları bizə danışırdı. O, 1971-ci ildə 88 yaşında dünyasını dəyişdi. Ağbil kəndində dəfn edilib. Mənim atam da FİN müharibəsində və II Dünya Müharibəsində iştirak etmişdir.
Allah şəhidimizə rəhmət etsin!
Lomidze Rashid Muhammad oglu
The 60-year-old father of Lomidze Rashid, who went missing in the First Karabakh War, Muhammad Kibar oglu, currently lives in the village of Vladimirovka, Guba region. He is originally from Tsire village, Adigun district, Republic of Georgia. Muhammad’s family is one of the Ahiska Turk families who immigrated to Azerbaijan in 1958. They came to Azerbaijan and settled in Guba district. Rashid Muhammad was the second of the man’s three sons. Lomidze Rashid was born on March 13, 1973 in the village of Vladimirovka, Guba region. He received secondary school in the village school where he was born and finished. After graduating from high school, he joined the Soviet Army in 1991 and served in the Feodelsiya district of Crimea, Ukraine. He returned to Azerbaijan after the dissolution of the Soviet government and the release of the army. The claims of the Armenian aggressors against the territorial integrity of Azerbaijan became stronger and they began to invade our homeland. Like other brave and brave children of Azerbaijan, Lomidze Rashid Mahammad` son joined the ranks of the independent National Army of Azerbaijan on October 5, 1993 in order to fight against Armenian moderates. The first place he served was military unit No. 190 located in the territory of Agdam region. On December 8, 1993, Rashid Lomidze went missing in the direction of Salahli village, Aghdam district.
We met with the father of Lomidze Rashid, Mohammad, in the village of Vladimirovka, Guba district, where he lived, and talked about his missing son Rashid. Mohammad says that the 14-member platoon, including his son Rashid, was surrounded by the enemy and they could not get any information from them after that:
– I walked behind him a lot. I often went to Rashid’s place of service so that I could get a message from him. The Armenians demanded 7 thousand dollars to return him. I couldn’t find that money. Armenians took one of those who served with my son to Shusha, wounded. He was saved, returned from captivity. He currently lives in Sumgait. I have repeatedly appealed to the Red Crescent Society. They said that the Armenians say that he does not exist. Sometimes they say that Armenians do not return. He was reported missing by his fellow soldier who fought with him. I went to the place where he served. From that day to this day, there is no news about my son Rashid.
The great-grandfather of Lomidze Rashid Muhammad`s son, who was lost in the Karabakh war, also fought for the territorial integrity of Azerbaijan. Thus, he was part of the Caucasian Islamic Army that came in 1918 to liberate Azerbaijan from the enemy. Muhammad the man says about this:
– My grandfather, Khalil Rustam, born in Adigun district in 1883, came to Guba in 1918 as part of the Caucasian Islamic Army. That is the reason why our family came from Uzbekistan to Guba region of Azerbaijan. He said that I know those places and we came here and settled. After we arrived in Guba, he took us and showed us where they built the cannons during the war. They came to Guba on foot from Ismayilli. He told us about them. He died in 1971 at the age of 88. He was buried in Agbil village. My father also participated in the Finnish War and World War II.
May God have mercy on our martyr!
Ломидзе Рашид Мохаммед Оглу
60-летний отец Ломидзе Рашид Мохаммад Кибар Оглу, пропавший без вести в первой войне в Карабах, в настоящее время живет в деревне Владимировка. Он родом из деревни Тсире, Республики Грузия, региона Адыгён. Семья Мухаммеда – один из турок-ахыска, который переехал в Азербайджан в 1958 году. Они приехали в Азербайджан и поселились в регионе Губа. Рашид Мухаммед был вторым из трех сыновей человека. Ломидзе Рашид родился 13 марта 1973 года в деревне Владимировка, города Губа. После окончания средней школы, в 1991 году он отправился в советскую армию и служил в фронтолельной области Крыма. После того, как советская эра рухнула, он вернулся в Азербайджан после выпуска из армии. Утверждения армянских агрессоров против территориальной целостности Азербайджана были усилены, и они начали занимать нашу родину. Ломидзе Рашид Мохаммад Оглу, присоединился к борьбе с национальной армией независимого Азербайджана. Первой службой была военная подразделение 190 в регионе Агдам. Рашид Ломидзе пропал без вести в направлении деревни Салахлы в регионе Агдам 8 декабря 1993 года.
Отец Ломидзе Рашид встретился с Мухаммедом и рассказал о деревне Владимировка и рассказал о пропавшем сыне Рашиде.
– Я много гулял,искал. Я часто ходил в то место, где он служил, чтобы получить новости от Рашида. Армяне хотели 7000 долларов, чтобы вернуть его. Я не мог найти эти деньги. Он был спасен, вернулся из плена. В настоящее время он живет в Сумгаите. Я неоднократно обращался к Обществу Красного Креста. Они сказали, что армяне говорят, что он у них нет. Иногда они говорят, что армяне не возвращаются. Он сообщил своему последовательности своей жене, которая сражалась с ним пропавшие новости. Я пошел в то место, где он служил. С того дня у моего сына Рашида нет новостей с того дня.
Ломидзе Рашид Мохаммад Оглу, пропавший без вести в войне в Карабах, боролся за территориальную целостность Азербайджана.
Мухаммед говорит об этом:
– Родился в 1883 году, Халил Рустам Оглу в 1918 году приехал в Губу в 1918 году в исламской армии Кавказа. Он является причиной нашей семьи приехать в регион Губа в Азербайджане. Он сказал, и мы приехали сюда и поселились здесь. Мы взяли нас после прибытия Губы и показали им, где они установили шары во время войны. Он разговаривал с нами. Он умер в 1971 году в возрасте 88 лет. Он был похоронен в деревне Агбил. Мой отец также принял участие в финской войне и Второй мировой войне.
Да благославит Аллах нашего шехида!