MÜSİAD Azərbaycan tərəfindən Saatlı rayonunda iftar proqramı təşkil edildi
Təşkil olunan “İftar” proqramında Türkiyə Cumhuriyyətinin Bakı Səfiri Doç. Dr. Cahit Bağcı, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının I müavini Həsən Həsənov, Millətvəkili Əhliman Əmiraslanov, rayon sakinləri, şəhid ailələri, qazilər və bölgələrdən gələn Axısxa türkləri və ağsaqqaları iştirak etmişdir.
İftar yeməyindən sonra Rayon İctimaiyyəti, Canəb Səfir Cahit Bağcı, ATVİB İH-nin sədri Xalid Xalilov, ATVİB İH-nin üzvü və bölgə rəhbəri Mühiddin Xəlilov, ATVİB fəalları və bir sıra Axısxa türkü ağsaqqallar ilə birlikdə Axısxa türkü ziyalıların çıxışları olmuşdur.
Görüşdə çıxış edən ATVİB İH-nin sədri Xalid Xəlilov iftarda iştirak edən Axısxa türkləri, ağsaqqalları, ziyalıları və ATVİB İdarə Heyəti adına Cənab Səfir Cahit Bağcıya, Saatlı Rayon İcra Hakimiyyətinin baçşısı Elmir Bağırova səmimi münasibətlərə görə və MÜSİAD Rəhbərliyinə təşkil edilən “İftar” proqramı üçün təşəkkür edib.