Saatlıda ATVİB ilk təşkilat rəhbərləri ilə iclas keçirildi
19 may tarixli iclas ATVİB sədri, DATÜB təmsilçisi Xalid Xəlilov, sədr müavinləri Rüstəm Xəlilov, Mövlud İşık, bölgə rəhbəri Mühiddin Xəlilov, saatlı rayonunun Smadakənd, Nəsimikənd, Orta Muğan, Günəşli, Fətəlikənd, Şirinbəyli, Qaranuru, Cəfərxan, Qazanbatan, Əhmədabad, Qaratəpə və Azadkənd kəndlərindən və Beyləqan rayonunun Türklər kənd ilk təşkilat rəhbərləri və üzvləri ilə birgə ağsaqqalların iştirakı ilə keçirildi.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirə sədr seçilən bölgə rəhbəri Mühiddin Xəlilov çıxış üçün sözü ATVİB sədri Xalid Xəlilova verdi.
Xalid Xəlilov iclas iştirakçılarını salamlayaraq, gündəmdəki mövzular barədə məlumatlar verib.
Sədr ,Türkiyədən gələcək nümayəndə heyəti və şərtli vətəndaşlıq alan Axısxa türklərinin qəbulu və görüşlər, DATÜB və ATVİB-in birgə fəaliyyətləri haqqında, “Vətənə dönüş” komissiyasının vətənə dönmək ilə əlaqəli olaraq Gürcüstan Respublikasının qəbul etdiyi qanuna əsasən yığılan ərizələrin Gürcüstan səfirliyinə verilməsi, Vətənə dönüş üçün rəsmi şəkildə müraciətlər edilməsi, “Vətən” İctimai Birliyi olaraq son zamanlarda həyata keçirilən fəaliyyətlər barədə məlumatlər verərək iki əsas problemimizin -bunların “Vətənə dönüş” və “Gənclərimizin təhsili” olduğunu, gənclərimizin təhsil üçün YTB-yə müraciətlərində Gənclik qollarının fəaliyyətlərindən, “Teknofest” texnologiya yarışında iştirak edən gənclərimizdən bir komandanın finala vəsiqə qazandığı barədə məlumatlar vermişdir.
İclasın digər əsas mövzuları isə Ata-Baba yurdumuz olan Axısxaya gənclərimiz üçün ekskursiyalar təşkil edərək, tarixi yurdumuzu yerində göstərmək fürsəti vermək və 30 il sonra düşmən işğalından azad olunan Qarabağa səfərlər təşkil edilməsi və insanlarda Vətən ruh əhval ruhiyyəsinin oyadılması olub.
İclasda iştirak edən ağsaqqallardan Misliyev Sədri çıxış edərək : “ Sürgün vaxtında mənim 3 yaşım var idi, çox ağır, insani olmayan şərtlərdə sürgün edildik. Hal-hazırda Saatlı rayonunun Qaranuru kəndində yaşayıram. 78 ildir vətən həsrəti çəkirik. Azərbaycan 30 il sonra öz torpaqlarını düşmən işğalından azad etdi, çox qürürluyuq və sevinirik“ dedi, və sonrasında “Biz də 78 ildir vətən həsrəti çəkirik, Vətənə qayıdabilmirik, Birlik olaraq Vətənə dönmək üçün nə edəbilərik ?” deyə əlavə etdi.
Sədr Xalid Xəlilov : “Biz DATÜB ilə birgə çalışacağıq, “Vətənə dönüş” komissiyası yaradılacaq və daha güclü və inamlı şəkildə əsas hədəfimiz olan Axısxaya dönüş mübarizəsini davam etdirəcək və mübarizəmizdən asla dönməyəcəyik“ deyə bildirdi.
Bölgə rəhbəri Mühiddin Xəlilov isə öz növbəsində: “ Birlik olaraq haqqlarımızı tələb edəcəyik. ATVİB sədri Xalid Xəlilov və ATVİB İdarə Heyətinin “Vətənə dönüş” komissiyasının qurulması təklifi ilə tam razıyam. Bu təklifimizi dəstəkləyən Dünya Ahıska Türkleri Birliği (DATÜB) başqanı Ziyaddin Kassanova təşəkkür edirəm. “ deyə bildirdi.
İştirakçılardan Kamal Abdurazakov söz alaraq: “ Məqsədimiz Vətəndir. Bu səbəb ilə, Birliyimizin tapşırıqlarını ilk təşkilat rəhbərləri olaraq yerinə yetirməli və birlik bərabərlik içərisində çalışmalıyıq.” Dedi.
ATVİB-in ilk təşkilat rəhbərləri ilə iş üzrə sədr müavini Rüstəm Xəlilov da çıxışı zamanı: “ Vətənə dönüş bizim ən əsas hədəfimizdir. Gürcüstan Respublikası 2007-ci ildə qəbul etdiyi qərar ilə vətənə dönüş və şərtli vətəndaşlıq verildi. Amma, bu qanun çərçivəsində geri dönüş alınmadı. Başqanımız Xalid Xəlilovun “Vətənə dönüş” komissiyasını dəstəkləyirəm və bu təklifi qəbul edən DATÜB başqanı Ziyaddin Kassanova da öz minnətdarlığımı bildirirəm. Biz İnanırıq ki, bu çərçivədə aktiv çalışmalar edərək hədəfimizə çatacağıq. ATVİB-in ilk təşkilat rəhbərlərinin olmağı çox yaxşıdır və birliyimizin fəaliyyətlərində aktiv olmalıdırlar” deyə ifadə etdi.
Sonda çıxış edən Xalid Xəlilov, ana məqsədin vətənə dönüş olduğunu, bu məqsədə çatabilmək üçün isə, birlik-bərabərlik içərisində olmaq və aktiv çalışmaq lazım olduğunu söyləyib.