Digər XəbərlərFəaliyyətimiz
ZƏFƏR SƏNİNDİR, AZƏRBAYCAN ƏSGƏRİ!
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
ATVİB İdarə Heyəti olaraq, I Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində olduğu kimi bugün də Azərbaycanımızın yanında olduğumuzu bildirir, Ermanistanın bu çirkin əməllərini qınayırıq.
Allahdan şəhidlərimizə rəhmət,yaralılarımıza isə şəfa diləyirik!
Vətən Sağolsun!
Xalid Xəlilov
Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İB-nin sədri və DATÜB Azərbaycan Təmsilçisi