ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir
23 mart 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB sədri Xalid Xəlilov, sədr I müavini Yusif Səfərov, müavinlərdən Zabit Abitov, İdarə heyətinin üzvləri Tofiq Rzayev, Fətəlixan Süleymanov və Müzəffər Çalikovun iştirakı ilə Goranboy-Gəncə-Şəmkir-Tovuz-Qazax və Ağstafa bolgələrində keçirildi.
İclasda ATVİB XI Ümumi Yığıncağında nümayəndə seçilən Axısxalı türklər və bölgələrdən gələn qonaqlar iştirak etdi.
Toplantıda çıxış edən ATVİB sədri Xalid Xəlilov sakinləri salamlayıb “Novruz Bayramı”nı təbrik edərək birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verdi.
Buna əlavə olaraq sakinlərin ünvanladığı suallar cavablandırılıb və ATVİB haqqında geniş məlumatlandırılmalar edilib. Xoş əhval-ruhiyyə, və gözəl ab-hava şəraitində keçən iclasda sakinlərin təbrikləri və xeyir duaları da qəbul edilib.