Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər

Zabit Abitov Gəncə Baş Konsulluğunu ziyarət etdi

ATVİB-nin Azərbaycanın Qərb Bölgəsi üzrə rəhbəri Zabit Abitov Türkiyə Respublikasının Gəncədəki baş konsulu Rəcəb Öztop ilə görüşdü.

Hörmətli Rəcəb Öztopa yeni vəzifəsində uğurlar arzulanıb, Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə başsağlığı verilib, Axısxa türkləri olaraq yardımlarımızın davam edəcəyi bildirilib.

Daha sonra baş konsula bu günlərdə ATVİB adından rayonda həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Cənab Rəcəb Öztop görüşdən məmnunluğunu və ziyarətə görə təşəkkürünü bildirib.

Seçilmiş məqalə

Back to top button