TİKA Bakı Kordinatorluğu və “Vətən” İctimai Birliyi İdarə Heyəti arasında görüş keçirilib
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyəti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi arasında görüş keçirilib.
TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, 19 dekabr 2021-ci il tarixində keçirilən “Vətən” İctimai Birliyinin XI Ümumi Yığıncağında yeni sədr seçilən Xalid Xəlilovu təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gələcəkdə “Vətən” İB-yi tərəfindən həyata keçiriləcək layihələrə dəstək verəcəklərini bildirən TİKA Bakı nümayəndəliyinin rəhbəri Fatih Yılmaz, Türkiyə dövləti olarak Axısxa Türklərinin problemlərinin öz problemləri olduğunu vurğulayaraq, ən yaxın zamanda birliyin ofisini ziyarət edəcəyini bildirdi.
“Vətən” İB İdarə Heyətinin Sədri Xalid Xəlilov görüş zamanı TİKA ilə hər zaman birlikdə layihələr həyata keçirdiklərini, birlik olarak həyata keçirilən tədbirlər, cari məsələlər və planlaşdırılan daha böyük layihələrdən bəhs edərək, gələcək əməkdaşlığın önəmli olduğunu qeyd etdi.
Əsas fəaliyyət istiqamətinin tarixi vətən Axısxaya dönmək olduğunu və bu yöndə də çalışacaqlarını bildirən birlik sədri Xalid Xəlilov Azərbaycan dövlətinin hər zaman Axısxa Türklərini dəstəklədiyini, Axısxa türklərinin də öz növbəsində Azərbaycanın milli maraqlarını rəhbər tutduqlarını, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçdiyini, Vətən Savaşında 9, Birinci Qarabağ Müharibəsində isə 80-dən çox şəhidlər verdiklərini vurğuladı.
Birliyin İdarə Heyətinin üzvü, vətənə dönüş komissiyası başkanı, hukukçu Ali Ağaliyev, çıxışında, 1813-1828 illəri arasında davam edən rus ve türk savaşları sonrası Ahıska bölgəsinin savaş təzminatı olarak, müsləman-türk əhalisinin iradəsindən asılı olmayaraq Çar Rusiyasının idareciliyinə verildiyini, Sovetlər Birliyi qurulmadan öncə 1921 Moskva daha sonra Kars antlaşmaları ilə Sovet Gürcüstanı vasitəsi ilə rusların idareçiliyinə tərk edildiyini diqqətə alınmasını rica etdi. Ahıska türklərinin azsaylı halk olaraq Azərbaycanda yüksək səviyədə vətəndaş hüqüq və azadlıqlarının qorunduğunu və hətda yerli xalqlara nisbətən bəzi imtiyazları da olduğunu diqqətə çatdırmaqla vətənə dönmə haqlarının sivil ve demokratik yolla tələb etmə niyətlərini də bildirdi. Hal-hazırda heç bir axısxalı ailənin çadırlarda yaşamadığını, Gürcüstan dövlətinin Avropa Birliyi qarşısında öhdəliyini icra etməməsinə baxmayaraq hüquqi yolla babalarımızın haqlarını tələb etmə üsuluna baş vurulmamışdır ve belə niyətimiz hələlik yoxdur deyərək, “Doğal haqqımız olan vətənimizə dönmə haqqını almaq istəyirik. Bundan əlavə Azərbaycan-Gürcistan-Türkiyə dostluq qardaşlıq və strateji əməkdaşlığın əhəmiyyətini və gələcək perspektivlerini görür, yüksək dəyərləndiririk. Bu münasibətlərin daha da inkişafını istəməyən güclerin bizim de vətənə dönməmizə hər cür mane yaratdıqlarını, niyyətlerini bilirik ve bu münasibetlere xələl gəlməməsini istəyirik. Bizim vətənə dönmə haqlarımızın bize dost ölkələrin qarşılıqlı anlaşması ilə uyğun zamanda rehabilitasiya qanunu əsasında haqlarımızın verilmesini istəyirik.” dedi.
Ağaliyev daha sonra isə Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Türkiyə dövləti tərəfindən yaradıldığını və dünyadaki Axısxa türklərinin təşkilatlanması üçün var gücü ilə çalışdığını bildirərək, Ahıska türklərinin dünyadaki Türk diasporasının ən səmərəli fəaliyyət göstərən nümayəndələri olduğunu, Türkiyənin Azərbaycandakı qurum və quruluşları ilə birlik olaraq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətin vacibliyini qeyd etdi.
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin idarə heyətinin üzvü Mövlud Işık isə Azərbaycanda yaşayan Axısxalı türk gənclərinin olduqca fəal olduğunu, DATÜB Gənclər Təşkilatı və ATVİB olaraq hazırda “UĞURLU PEŞƏ SEÇİMİ” adlı seminar layihəsi həyata keçirdiklərini, Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığının Türkiyə Təqaüdləri programına müraciət edəcək namizədlərə gənclər təşkilatının sədri Kənan İbrahimli tərəfindən tamamilə pulsuz şəkildə köməklik göstəriləcəyini bildirdi.
Olduqca faydalı və gələcəkdə həyata keçiriləcək layihələr haqqında fikir mübadiləsinin aparıldığı görüşün sonunda birlikdə xatirə fotosu çəkildi.