“Adıgün” Türk Xalq Folklor Kollektivi II Milli Yaylaq Festivalında iştirak etdi
29-31 iyul 2022-ci il tarixləri arasında “Cavad Xan” Tarix və Mədəniyyət fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Hacıkənd qəsəbəsinin Xan Yaylağında təşkil olunmuş II Milli Yaylaq Festivalında Azərbaycanda yaşayan Axısxa Türklərini “Adıgün” Türk Xalq Folklor kollektivi təmsil edib.
II Milli Yaylaq Festivalına 22 ölkədən gələn iştirakçılar və Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri öz folklorunu nümayiş etdirərək adət ənənələrini və özlərinə məxsus mətbəx nümunələrini sərgiləmişdir.
Festivalda Axısxa Türklərini təmsil edən “Adıgün” Türk Xalq Folklor Kollektivinin üzvləri milli rəqsləri ilə qonaqların, turist və festivalda iştirak edən digər ölkə iştirakçılarının böyük marağına səbəb olmuş, diqqətini cəlb etmişdir.
ATVİB İH olaraq, “Adıgün” Türk Xalq Folklor kollektivinə və təşkilatımızın II Milli Yaylaq Festivalındaki iştirakına maddi dəstək verdiyinə görə Dünya Ahıska Türkleri Birliği – DATÜB nə və şəxsən DATÜB sədri Ziyatdin Kassanov ‘a təşəkkür edirik.