Axısxalı komandamız TEXNOFEST Azərbaycan üçün hazırlıqlara davam edir
26-29 may tarixlərində Bakıda “Teknofest Azərbaycan” tədbirinin keçirilməsi nəzərdə tutulur və AMEA Fizika İnstitutunun elmi işçisi, Fəlsəfə doktoru Əhməd Asimov rəhbərliyindəki şagirdlərimiz ATVİB ofisində hazırlıqlarını davam etdirirlər.
Fəlsəfə doktoru Əhməd Asimov Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədri Xalid Xəlilova və DATÜB Gençlik Kolları Başkanı İsmikhan Kassanov’a dəstəkləri üçün təşəkkürlərini bildirdi.
Daha sonra isə yarışmaya qatılacaqları qurğu haqqında və çalışma prinsipi barədə məlumatlandırma edərək açıqladı :
“Kovid 19 Pandemiyası dövründə televizor xəbərlərində tez-tez rast gəldiyimiz çip krizi problemi bizim diqqətimizi çəkmişdir. Internetdə araşdırdıqdan sonra istehsal prosesinin, çox mürəkkəb və texnologiyanın pik nöqdəsində olduğunu gördük. Ancaq bəzi örnəklər bizə gösdərdiki texnologiya sahəsində nəticə əldə etmək üçün 20 30 il zamana ehtiyac var və 20 30 il sonra uğur qazanmaq üçün bugündən işə başlamaq lazımdır. Bu layihədə bizim məqsədimiz inkişaf edən müasir nanotexnalogiya dövründə yeni texnologiyaları araşdırmaq xüsusilə metal duzları organik maddələr polimer maddələr yarımkeçiricilər əsasında nanometr qalınlıqda nazik təbəqələr almaq və diodlarda mikroçiplərdə tədbiq etməkdir. Layihədə buna oxşar olaraq şagirdlər 400 Wattlıq UV işıq qaynağından, sferik quartz linzadan və kimyəvi duzlardan istifadə edərək, sadə formada tranzistor və diodlar üçün nazik təbəqələr aldılar. Şagirdlər bu işi Mikroçip istehsalının ilk mərhələsi olaraq görürlər və düzəltdikləri qurğunu daha da təkmilləşdirmək istəyirlər.”
ATVİB İH olaraq biz də şagirdlərimizə iştirak edəcəkləri “Teknofest Azərbaycan” yarışmasında uğurlar arzulayır, fəaliyyətlərinin davamlı və müvəffəq olmasını ümid edirik.