DATÜB və YTB tərəfindən MEDYA ÇALIŞTAYI təşkil edildi
Dünya Ahıska Türkleri Birliği (DATÜB) və YTB tərəfindən təşkil olunan MEDYA ÇALIŞTAYI Türkiyənin İstanbul şəhərində davam edir.
Media Seminarına Azərbaycandan Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyini (ATVİB)-i təmsilən İH-nin üzvü, birliyin sədr müavini Mövlud Isik, birliyin mətbuat katibi Paşali Paşaliyev və jurnalist Murad Abitov qatıldı.
Təşkil edilən bu seminarın əsas məqsədi Axısxa Türklərinin toplum halda yaşadıqları ölkələrdəki Axısxa Türklərini təmsil edən medya təmsilcilərinin işinin təkmilləşdirilməsi ilə birlikdə Axısxa türklərinin sürgününü, yaşadıqları ölkələrdəki fəaliyyətlərini, mədəniyyətini, və Axısxa türkləri ilə bağlı bütün məlumatları dünya medyasında daha güclü şəkildə göstərməkdən ibarətdir.
Seminarlarda iştirak edən bütün təmsilçilərə peşəkar mütəxəssislər tərəfindən medya və mətbuat haqqında biliklər və daha güclü medya birliyinin necə qurulacağı haqqında məlumatlar verilir.
ATVİB İH olaraq bu Seminarların təşkilatçıları DATÜB və YTB-yə təşəkkürlərimizi bildirir iştirak edən bütün iştirakçılara uğurlar arzulayırıq.