Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) QHT Agentliyinin maliyyə yardımı ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Axısxa türkləri ilə bağlı materialların toplanması və beynəlxalq dillərdə hazırlanaraq yayılması” layihəsinin 10 noyabr 2022-ci il tarixində keçiriləcək yekun dəyərləndirmə tədbirinə Sizi dəvət edirik.
Tədbirdə, layihə çərçivəsində hazırlanan ATVİB.az saytının təqdimatı, layihə müddətində görülən işlər və layihənin davamlılığı ilə bağlı yekun müzakirələr aparılacaqdır.
Hörmətlə
Xalid Xəlilov
ATVİB sədri, DATÜB Azərbaycan Təmsilçisi