ATVİB Başkanı Xalid Xəlilov Saatlıda iclas keçirdi
ATVİB Başqanı və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov Saatlı rayonunda ATVİB ilk təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən iclasda iştirak etdi.
İclasda ATVİB Başqanı Xalid Xəlilov, Ümumi Yığıncaq sonra görülən işlər barədə iştirakçılara məlumat verib.
Bundan əlavə iclasda ATVİB sədr müavini Rüstəm Xəlilov, Ahıskalı Türklərin vətən Axısxaya Dönüş və Hüquqların Bərpası Komissiyasının Gürcüstana səfəri də barədə iştirakçılara məlumat verib.
İclasda 2023-cü ilin Ümummilli Lider Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar ATVİB tərəfindən təşkil olunacaq tədbirlərlə bağlı məsləhətləşmələr aparılıb. Ayrıca, Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım və Azərbaycanda yaşayan Türkiyə vətəndaşı olan Axısxa türklərinin ünvan qeydiyyatı məsələləri də müzakirə olunub.
ATVİB Başqanı Xalid Xəlilov görüşdə verdiyi açıqlamada Axısxa türklərinin hüquqlarının müdafiəsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
Sonda isə iştirakçılar bugünlərdə ağır xəstələnən və Bakı şəhərində yerləşən bir xəstəxanada müalicəsi davam etdirilən Ahıska türklərinin ziyalısı Cabir Halidova şəfa diləyib, xəstəliyi ilə bağlı məlumat verilib.