FəaliyyətimizManşetXəbərlər

ATVİB Başqanı Xalid Xəlilov Din Xidmətləri Müşaviri İhsan Açık ilə görüşdü.

ATVİB Başqanı Xalid Xəlilov, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık ilə görüşüb.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin Başqanı və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov, sədrin birinci müavini Yusif Səfərov və sədr müavini Mövlud Işık, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri Müşaviri olaraq yeni təyin olunan İhsan Açıkı ofisində ziyarət etdi.

ATVİB Başqanı və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri Müşaviri olaraq təyin olunması münasibətilə İhsan Açıkı təbrik edərək, ona yeni görəvində uğurlar arzulayıb. Görüşdə, əslən Axısxalı olan İhsan Açıka Axısxalı Türklərin Azərbaycana gəlişi, təşkilatlanma, ATVİB fəaliyyətləri ilə bağlı məlumat verildi.

Görüşün sonunda Xalid Xəlilov tərəfindən yeni müşavirə hədiyə təqdim edildi.

Sonda isə birlikdə xatirə fotosu çəkdirildi.

Seçilmiş məqalə

Back to top button