Axısxalı Türk ŞəhidlərDigər XəbərlərTürk DünyasıXəbərlər

XEXELAYEV CAMAL ƏHMƏD oğlu

Xexelayevlər ailəsi də yüzlərlə Axısxalı ailəsi kimi 1989-cu ildə Fərqanə hadisələrindən sonra Azərbaycanı öz vətənləri hesab edərək Azərbaycana köç etmiş Axısxalı ailələrdən biridir. Camal Xexelayev 11 dekabr 1974-cü ildə Özbəkistan Respublikasında anadan olmuşdur. Camal Xexelayev ailəsi ilə birlikdə Azərbaycana köç etdikdən sonra Ağstafa rayonunda yerləşmişdir. Azərbaycana yerləşdikdən sonra vətənin müdafiəsinə biganə qalmamışdır. 25 dekabr 1992-ci ildə isə Qazax RHK tərəfindən milli ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Onun xidmət etdiyi hərbi hissə Şəmkir rayonunda idi. İki ay təlim keçdikdən sonra 10 fevral 1993-cü il tarixdə hərbi komandanlıq tərəfindən Ağdərə bölgəsinin Dramban döyüş zonasına göndərilmişdir.

16 dekabr 1993-cü il tarixdə bu zonada döyüş zamanı yaralanmış və erməni quldurları tərəfindən girov götürülmüşdür. Atası Xexelayev Əhməd Əlixan oğlu tərəfindən aidiyyatı qurumlara müraciət edilməsinə baxmayaraq bu günə qədər ondan bir xəbər yoxdur. Əhməd kişi hətda dəfələrlə Gürcüstan Respublikasının Marneuli rayonunda olmuş və orada yaşayan yerli sakinlərlə görüşmüş, orada yaşayan milliyətcə erməni olan şəxslərdən oğlunun sağ qalıb-qalmadığı ilə maraqlanmışdır. Lakin son nəticədə Ə.Xexelayev həmin şəxslərdən oğlu Camal barədə heç bir məlumat əldə edə bilməmişdir.

Camal Xexelayevin necə itkin düşməsi barədə məlumat toplamaq məqsədilə onun yaxın qohumları Şəmkir və Tərtər rayonlarında olmuşdur. Şəmkir rayonunda Camal Xexelayevin keçmiş bölük komandirinin dediyinə görə onlar 60 nəfərlik canlı qüvvə ilə Ağdərə istiqamətində hücuma keçmiş və döyüşlər zamanı Camal minaya düşmüşdür. Həmin əməliyyatda cəmi iki nəfər sağ qalmışdır. Milliyətcə rus olan həmin bölük komandiri bildirmişdir ki, onlar geri qayıdan zaman Camal Xexelayevi götürüb hərbi xəstəxanaya çatdırmaq istəmələrinə baxmayaraq başqa yol ilə qayıtdıqları üçün onu götürə bilməyiblər. O hətda qeyd etmişdir ki, Camal Xexelayev minaya düşdükdən sonra bir ayağını itirmişdir. Camal Xexelayevin valideynləri 1996-cı ildə daimi yaşamaq üçün Türkiyə Respublikasının Bursa şəhərinə köçmüşdür.

Allah şəhidimizə rəhmət etsin! 

Jamal Xekelayev, who went missing in the First Karabakh War.

The Xekelayev family, like hundreds of Ahiska Turk families, is one of the Ahiska Turk families who immigrated to Azerbaijan after the events of Fergana in 1989, considering Azerbaijan as their homeland. Jamal Xekelayev was born on December 11, 1974 in the Republic of Uzbekistan. After moving to Azerbaijan with his family, Jamal Xekelayev settled in Agstafa district. After settling in Azerbaijan, he was not indifferent to the defense of the motherland. On December 25, 1992, Gazakh was conscripted into the ranks of the national army by the RHK. The military unit he served in was in Shamkir region. After two months of training, on February 10, 1993, he was sent to the Dramban combat zone of Aghdara region by the military command.

On December 16, 1993, he was wounded during the battle in this zone and taken hostage by Armenian bandits. Although his father Khekelayev Ahmed Alikhan oglu appealed to the relevant institutions, there is still no news about him. The man Ahmed visited the Marneuli region of the Republic of Georgia many times and met with the local residents, and he was interested in the survival of his son from the ethnic Armenians living there. However, in the end, A. Khexelayev could not get any information about his son Jamal from those people.

In order to collect information about how Jamal Xekhelayev disappeared, his close relatives visited Shamkir and Tartar regions. According to the former commander of Jamal Khekelayev’s division in Shamkir district, they attacked in the direction of Aghdara with a force of 60 people, and Jamal was hit by a mine during the fighting. Only two people survived that operation. The commander of that unit, who is Russian by nationality, said that when they returned, they wanted to take Jamal Khaxelayev to the military hospital, but they could not take him because they returned by a different route. He even noted that Jamal Khekelayev lost a leg after falling into a mine. In 1996, Jamal Xekelayev’s parents moved to Bursa, Republic of Turkey to live permanently.

May God have mercy on our martyr!

Джамаль Хехелаев, пропавший без вести во время Первой карабахской войны.

Семья Хекелаевых, как и сотни семей турок-ахыска, является одной из семей Ахыскинцев, иммигрировавших в Азербайджан после ферганских событий 1989 года, считая Азербайджан своей родиной. Джамал Хелелаев родился 11 декабря 1974 года в Республике Узбекистан. Переехав с семьей в Азербайджан, Джамал Хехелаев поселился в Агстафинском районе. Поселившись в Азербайджане, он был неравнодушен к защите Родины. 25 декабря 1992 года был призван РХК в г.Газах ряды национальной армии. Войсковая часть, в которой он служил, находилась в Шамкирском районе. После двухмесячной подготовки, 10 февраля 1993 года, военным командованием был направлен в Драмбанскую зону боевых действий Агдаринского района.

16 декабря 1993 года в ходе боя в этой зоне был ранен и взят в заложники армянскими бандитами. Хотя его отец Хехелаев Ахмед Алихан оглу обращался в соответствующие учреждения, но новостей о нем до сих пор нет. Мужчина Ахмед неоднократно посещал Марнеульский район Республики Грузия и встречался с местными жителями, и его интересовало выживание его сына из числа проживающих там этнических армян. Однако в итоге А.Хехелаеву не удалось получить от этих людей никакой информации о своем сыне Джамале.

С целью сбора информации о том, как пропал Джамал Хехелаев, его близкие родственники посетили Шамкирский и Тертерский районы. По словам бывшего командира дивизии Джамала Хекелаева в Шамкирском районе, они атаковали в направлении Агдеры силой 60 человек, и в ходе боя Джамал подорвался на мине. Только два человека пережили эту операцию. Командир этой части, русский по национальности, рассказал, что когда они вернулись, то хотели отвезти Джамала Хехелаева в военный госпиталь, но не смогли, так как возвращались другим путем. Он даже отметил, что Джамал Хехелаев потерял ногу после падения на мину. В 1996 году родители Джамала Хехелаева переехали в Бурсу, в Турецкую Республику, на постоянное жительство.

Да помилует Господь нашего шехида!

Seçilmiş məqalə

Back to top button